Accessibility links

Ərdəbildə iki edam məhkumu əfv edilib


Ərdəbil vilayətinin Ədliyyə İdarəsi
Ərdəbil vilayətinin Ədliyyə İdarəsi

Ərdəbil vilayətində edam cəzasına məhkum edilmiş iki nəfər iddiaçının arzusu ilə əfv edilib.

Bu barədə HRA xəbər agentliyi Mehr xəbər agentliyinə və İranın dövlət televiziyasına istinadən bu vilayətdə iki edam məhkumunun əfv olunduğunu bildirib.

Bu xəbərə görə, Ərdəbil prokuroru İranın dövlət televiziyası ilə söhbətində "qan sahibinin" qisas şikayətindən imtina etməsi nəticəsində bir məhbusun ölüm hökmündən azad olunduğunu bildirib.

Həmçinin, vilayətin ədliyyə sisteminin başqanı Mehr xəbər agentliyinə bildirib ki, bir qrupun maddi motivasiya zəminində münaqişəsi zamanı “qəsdli olmayan” bir şəkildə qətl törədən şəxs iddiaçıların razılığı ilə ölüm hökmündən azad edilib.

İran İslam Respublikasının qanunlarına görə, qətl törədildikdə, qurbanın qohumları hakimdən qisas tələb edə bilər ki, bu da həmin şəxsin edam edilməsinə gətirib çıxarar. Əgər işdə iddiaçı qisas almaqdan imtina edərsə, günahkar şəxs qanunda qeyd olmuş cinayətin ümumi hissəsinin cəzasını çəkməlidir.

Dünyanın əksər ölkələrində edam hökmü ləğv edilib və ya bu cəza xüsusi hallar istisna olmaqla həyata keçirilmir. İran edamların sayına görə ən çox edam cəzasını tətbiq edən ölkələrdən biri hesab edilir. Həmçinin, bəzi məlumatlar göstərir ki, İranda edam hökmü daha çox etnik azlıqların məskunlaşdığı ərazilərdə həyata keçirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG