Accessibility links

Marseldə binanın çökməsi nəticəsində iki nəfər hələ də itkindir


Xilasedicilər çərşənbə axşamı Fransanın Aralıq dənizi sahilində yerləşən Marsel şəhərində iki gün bir binanın çökməsindən sonra dağıntılar altında itkin düşən iki nəfərin axtarışlarını davam etdiriblər. Bu arada isə müstəntiqlər binanın dağılmasına gətirib çıxaran partlayışın səbəbini müəyyənləşdirmək üçün işə başlayıb.

Bazar günü səhər saatlarında dağılan dörd mərtəbəli binadan indiyədək altı nəfərin cəsədi çıxarılıb.

Partlayış Marselin tarixi köhnə limanında bir neçə yüz metr aralıda yerləşən Kamas məhəlləsini sallayıb.

“Tələfat sayı dəyişməyib və əməliyyatlar davam edir,” yanğınsöndürmə idarəsinin sözçüsü çərşənbə axşamı AFP-yə bildirib.

Bina çökdüyü zaman içində əksəriyyəti 66 ilə 89 yaş arasında olan, həmçinin 29 və 31 yaşında bir cütlüyün daxil olduğu beş qadın və üç kişinin olduğu deyilir.

“Sağ qalan kimisə tapmaq möcüzə olardı, amma biz inanırıq,” keşiş Oliver Ata bazar ertəsi Sent Mişel kilsəsində ibadət zamanı deyib.

Polisin məhkəmə-tibb ekspertləri hələ ki, tapılan cəsədlərin şəxsiyyətini müəyyənləşdirmək üçün çalışırlar.

Ancaq indi diqqət partlayışın mümkün səbəblərinə yönəlib. Bir çox şahid partlayış ərəfəsində ətrafda qaz iyinin olduğunu xatırlayır.

Hadisə yerinə dəlil toplamaq üçün 22 kriminal eksperti, 18 dedektiv toplanıb. Rəsmilər hələ ki, partlayışın mümkün səbəbi ilə bağlı məlumat verməyiblər.

Bu arada isə məhəllədən evakuasiya edilən 200-ə yaxın insana hələ ki, evlərinə dönmələrinə icazə verilməyib.

Dağılan bloka yapışıq bir digər bina da bir neçə saat sonra çöküb, binanın digər tərəfi isə zəifləyib və dağılmaq riski ilə üzləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG