Accessibility links

Suriya ordusu Türkiyə ilə sərhəddəki şəhərə girib


Suriyalı kürdlərlə Türkiyənin hücumunun qarşını almaq məqsədilə razılıq əldə edən Suriya ordusu bazar ertəsi sərhəddəki bir şəhərə daxil olub.

Suriyanın dövlət SANA xəbər agentliyinin bazar ertəsi bildirdiyinə görə, Suriya ordusu sərhəddən 20km. məsafədəki Təl-Tamr şəhərinə Türkiyənin təcavüzünün qarşısını almaq məsdəilə daxil olduğunu və şəhər sakinlərinin bunu müsbət qarşıladığını bildirib.

Bu kürd, Suriya və Suriyanın müttəfiqi olan Rusiya arasındakı qeyri-adi razılığa Birləşmiş Ştatların hərbi qüvvələrini Suriyanın şimalından çıxarması və Türkiyə ordusunun kürdlərə qarşı hərbi əməliyyatlara başlamasından dörd gün sonra gəlinib.

Türkiyə ölkə daxilindəki separatçı kürdlərdlə əlaqəsi olan Suriya Demokratik Qüvvələrini terrorçu qrup olaraq tanıyır.

“Suriya hökuməti ilə ölkənin suverenliyi və sərhədlərinin qoruması məqsədilə Suriya ordusunun Suriya-Türkiyə sərhədi boyunca yerləşməsi ilə bağlı razılıq əldə edildi” - deyə, kürdlərin açıqladığı bəyanatda bildirilib.

Suriya kürdləri İslam Dövlətinə qarşı yan-yana döyüşdüyü Birləşmiş Ştatlar ordusunun onları tamamilə tərk etdiyni, eləcə də ərəb dünyası və BMT-nin Təhlükəsilik Şurasının onlara məhəl qoymadığını deyir.

“Biz çıxış yolu tapmalı idik. Görürsünüz başımıza nələr gəldi. Bizi indi dəstəkləyən yoxdur” - deyə, kürdlərin Kobani şəhərinin müdafiə naziri İsmət Şeyx Həsən bildirib.

“Biz heç kimə güvənməməliyik, yalnız özümüzə güvənməliyik. Hər bir kürd silah götürüb, hazır olmalıdır” - deyə, o əlavə edib.

ABŞ-ın Suriyanın şimalında qalan qoşunlarının da çıxarılması üçün hazırlıqlar görüldüyü bir vaxt prezident Donald Tramp bazar günü Twitter səhifəsində bunları yazıb: "Hansısa dəyişiklik üçün Türkiyə sərhədi boyunca gedən gərgin döyüşlərdə iştirak etməmək ağıllı fikirdir.”

XS
SM
MD
LG