Beynəlxalq Əmək Təşkilatı dünyanın hər bir regionunda on milyonlarla uşaq əməyinin istismarının aradan qaldırılmasına çağırıb.
5 yaşından aşağı uşaqlar da 152 milyon uşaq əməyi qurbanları arasındadır. Onların əksəriyyəti ya çox az pula, ya da pulsuz işlədilir. Uşaqların kölə şəraitində və təzyiq aıtnda saxlandığı bildirilir.
Təşkilatın bildirdiyinə görə, bu uşaqların demək olar ki, yarısı qeyri-sağlam və təhlükəli şəraitlərdə çalışır.
Uşaq əməyinin istismarı əsasən kənd təsərrüfatı sahəsində müşahidə edilir. Digər ziyanlı sahələr mədənlər, inşaat, balıqçılıq və məişət xidmətləridir.
Beynəlxalq Əmək Təşkilatının Fundamental Prinsiplər və İş Hüquqları şəbəsinin rəhbəri Beat Andrees Amerikanın Səsinə bildirib ki, uşaq əməyi istismarının ən dəhşətli formaları borc əsarətləri, fahişəlik, düzəlməz fiziki və psixoloji ziyanlardır.
Andrees Asiya, Latın Amerikası və Afrikada uşaq əməyindən istifadənin azaldılmasını böyük nailiyyət adlandırıb. O, Afrikanın uşaq əməyi istismarı sahəsində hələ də aparıcı ölkə olaraq qaldığını da vurğulayıb.
“Bu, birbaşa fəaliyyəsizlik, demoqrafik inkişaflar, miqrasiya, iqlim dəyişikliyi və iqtisadi vəziyyət kimi müxtəlif regionlarda müxtəlif təsirlərinə əsaslanır” , Andrees deyib.
O, Afrika Birliyinin 10 illik əməliyyat planı hazırladığını və uşaq əməyi istismarının aradan qaldırılması səylərini gücləndirdiyini qeyd edib.