Accessibility links

İnsan alveri, əmək və cinsi istismarlarda çox zaman uşaqlar hədəf alınır


İnsan alveri, əmək və cinsi istismarlarda çox zaman uşaqlar hədəf alınır
please wait

No media source currently available

0:00 0:02:50 0:00

İnsan alveri, əmək və cinsi istismarlarda çox zaman uşaqlar hədəf alınır

ABŞ rəsmiləri insan alveri, əmək və ya cinsi istismarlarda tez-tez uşaqların hədəf alındığını deyir. Hüquq-mühafizə orqanları və sosial idarələr birlikdə qurbanları qurtarmaq və onları müalicə etmək üçün birlikdə işləyirlər.

Kiçik yaşlarından bəri himayədarlıq altında və qrup evlərinddə böyüyən özünü Misir adlandıran gənc qadın, bir dostunun məsləhəti ilə 16 yaşında seks ticarətinə başladığını deyir. "O, mənə "sən qadınsan, bir az pul qazan və həyatını yaşa" dedi. Mən, də "Yaxşı" dedim."

Bundan sonra sui-istifadə dövrü başladı.

Bu yaxınlarda Los-Ancelesdəki hüquq-mühafizə orqanlarının əməliyyatı zamanı itkin düşən 33 uşaq xilas edilib. Onlardan 8-i Misir kimi cinsi istismara məruz qalan insan alveri qurbanları idi.

"İtmiş Mələklər" adlanan əməliyyatda hüquq mühafizə və sosial xidmət orqanlarının bir neçə şöbəsi iştirak edib. Federal Təhlükəsizlik Bürosunun agenti Amanda Detterlayn: “İnsan alveri ilə məşğul olanlar, xüsusən də zəifliyin nə olduğunu yaxşı bilirlər, onlar bundan istifadə edirlər və qurbanları məcbur edirlər - qurbalar uşaqdırlarda onları heç məcbur etməyə də ehtiyac yoxdur, düzdür? Onlar uşaqdırlar, zəifdirlər."

“Gecə uşaqları“ da daxil olmaqla, yardım təklif edən təşkilatlar var. Bu təşkilatı Lui Li yaradıb. Lui Li: "Bu uşaqların çoxu narkotik maddə istifadə olunan evlərdə böyüyüb. Valideynləri onları narkotik maddə satmağa məcbur edib, kiçik yaşlarından təcavüzə məruz qalıblar."

Misir kimi təcavüzə məruz qalan bir çox uşaq ailələrdən uzaqlaşdırılıb, bəzən öz evlərindən o qədər də fərqlənməyən ailələrə verilir. İnsan qaçaqmalçılığı ilə məşğul olanlar və dəllallar onlara daha yaxşı həyat vəd edir.

Bu həyat Misirin xoşuna gəlmirdi, amma o, pulu sevirdi. “Gün ərzində min dollar alırıqsa, bunu niyə davam etməyək? Heç bir iş mənə 1000 dollar pul vermir, yeni iPhone al, saçını düzəlt, dırnağını düzəlt, paltar və bu kimi şeylər al. Bunu niyə davam etməyəsən?” - deyə, Misir bildirir.

Ümidlər tez bir zamanda dağıldı. Onun bir dostu öldürüldü. Hücum zamanı Misir də ölə bilərdi. “Nə yaxşı ki, polis idarəsi iki dəqiqəlik məsafədə idi. Polis bölməsinə qaçdım və onlar mənə kim idi, nə oldu deyə suallar verdi. Mən həqiqətən heç nə xatırlamırdım. Xatırladığım tək bir şey lom, dörd nəfər idi.”

Ailələri tərəfindən rədd edilən homoseksual yeniyetmələr də küçələrdə həyatları uğrunda mübarizə aparır. Xeyriyyə təşkilatının işçisi cinsi ticarətlə məşğul olan bir gənci xatırlayır. "Gecə Uşaqları" təşkilatından Sezar Qoharro: "Yemək və yatmaq üçün o, fahişəlik edirdi."

Müdaxilə proqramları yardım edir. Lakin küçələrdəki gənclərlə işləyənlər bunun qarşısının yalnız kompleks yanaşmanın ala biləcəyini deyirlər.

Li keçən il təşkilatının 500 uşağa yardım etdiyini deyir. Daha çoxu isə hələ də küçələrdə istismar olunmaqda davam edir və çıxılmaz vəziyyətdədir.

XS
SM
MD
LG