Accessibility links

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin bildirdiyinə görə, 522 uşaq valideynlərinə qaytarılıb. Gələn 24 saat ərzində daha 16 uşağın valideynlərinə təhvil veriləcəyi gözlənilir.

Nazirliyin bəyanatında deyilir ki, ABŞ-ın gömrük və sərhədlərin müdafiəsi bəzi uşaqların sıfır tolerantlıq planına əsasən ailələrinə qaytarılmayacacaq.

Valideynləri olmadan Amerikaya gələn uşaqların sayı 83 faiz təşkil edir.

ABŞ prezidenti ötən həftə mühacir uşaqların ailələrindən ayrılmamasına dair sərəncam imzalayıb.

Donals Tramp deyib ki, 17 aylıq prezidentlik dövründə ən böyük siyasət dəyişikliyi edib. O deyib ki, biz ailələrin birlikdə qalmasını istəyirik.

Prezident bunun vacibliyini önə çəkərək bildirib ki, mənim imzaladığım sənəd məhz buna xidmət edəcək.

Tramp administrasiyası körpələr və uşaqları valideynlərindən ayıraraq, Texasın cənubundakı sığınacaqlara göndərib. Meksika sərhədlərinə yaxın bu bölgədə “kövrək yaş” adlandırılan 3 sığınacaq açılıb.

Rio Grande sığınacağını ziyarət edən qanunvericilər və tibb işçiləri məktəbəqədər yaşlı uşaqların göz yaşlarını böhran kimi qiymətləndirib.

Ağ Evin “sıfır tolerantlıq” siyasətini elan etməsindən sonra 2300-dən artıq uşaq valideynlərindən alınıb.

Hökumət qəfəsdə saxlanılan uşaqların şəkilləri yayıldıqdan sonra ciddi tənqidlərlə üzləşib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG