Accessibility links

ABŞ NATO-nun şərq cinahını gücləndirmək üçün Bolqarıstana zirehli döyüş vasitəsi yerləşdirəcək


Qərb ittifaqı Rusiyanın regiondakı təcavüzü fonunda şərq cinahını gücləndirməyə çalışdığı bir vaxt Birləşmiş Ştatlara Bolqarıstanda yaradılan NATO-nun döyüş qrupu üçün Stryker zirehli döyüş vasitəsini göndəricək.

Açıqlama martın 19-da ABŞ müdafiə naziri Lloyd Austin və Bolqarısranın baş naziri Kiril Petkovun birgə mətbuat konfransında edilib.

“ABŞ Styker verməyə razılaşdı. Bu, bizim NATO-adkı bütün müttəfiqlərimizə güclü işarədir,” Petkov deyib.

Mətbuat konfransı zamanı ABŞ-ın zirehli döyüş vasitəsini nə zaman göndərəcəyi və başqa təfərrüatlar açıqlanmayıb. Stryker İraq daxil olmaqla dünya boyu münaqişələrdə istifadə olunan səkkiz təkərli yüksək dərəcədə mobil zirehli döyüş maşınıdır.

NATO son bir neçə ildə Rusiyanın aqressiv hərbi əməliyyatları fonundaalyansın “şərq cinah” kimi tanınan Mərkəzi cə Şərqi Avropadakı üzv ölkələrində mövcudluğunu artırır.

Bolqarıstan NATO-nun Avropa Müttəfiqlərinin Ali Baş Komandanının operativ komandanlığı altında təxminən 1000 qoşundan ibarət döyüş komandası hazırlayır.

Austin deyib ki, “Mən Bolqarıstanın NATO-nun çoxmillətli döyüş qrupunu yaradıb, ona rəhbrlik etdiyi ilə bağlı açıqlamanın vacibliyini vurğulamaq istəyirəm. Bu mühüm bir addımdır və biz bunu dəstəkləyirik.”

Austin Bolqarıstana iki günlük səfərdədir. Bundan öncə o, Brüsselə və Slovakiyanın paytaxtı Bratislavaya səfər edib.

The Financial Times xəbər verir ki, onun səfərinin məqsədi Bolqarıstan və Slovakiya kimi Sovet İttifaqı və Rusiyada istehsal olunan təyyarə əleyhinə sistemlərinə malik ölkələrdən bu silahları Kyiv ordusunun istifadəsi üçün Ukraynaya göndərmələrini istəməkdir.

Bratislavada Slovakiyanın müdafiə naziri Yarosla Nad deyib ki, əgər NATO müttəfiqləri onları bu silahları əvəz edən sistemlə təmin etsə, Slovakiya C-300 sistemlərini verməyə hazırdır.

Petkov açıq şəkildə bildirib ki, Bolqarıstan Ukraynaya hərbi yardım göndərməyi planlaşdırmır, amma o deyib ki, ölkəsi humanitar kömək göndərməyə davam edəcək. O həmçinin deyib ki, Bolqarıstan müharibədən qaçan ukraynalı qaçqınları qəbul etməyə yardım edəcək.

Bolqarıstanın Prezidenti Rumen Radev Ukraynanı silahla təmin etməyin əleyhinə xəbərdarlıq edib və bunun Qara Dəniz ölkəsini birbaşa olaraq müharibəyə cəlb etmək təhlükəsi ilə üz-üzə qoyduğunu deyib.

Petkovun açıqlması Sofiya martın 18-də 10 Rusiya diplmatını ölkədən çıxardığını, onları diplomatik statusları ilə uyğun olmayan hərəkətlər etməkdə ittiham etməsindən sonraya təsadüf edib. Bunun ardınca isə Baltikyanı ölkələr olan Estoniya, Latviya və Litva da bənzər addımlar atıb.

XS
SM
MD
LG