Accessibility links

Uber-in avtonom maşınlarının geniş istifadəsinə hələ vaxt var


Uber-in avtonom maşınlarından istifadənin genişlənməsinə hələ vaxt var
please wait

No media source currently available

0:00 0:01:13 0:00

Uber Technologies şirkəti inanır ki, özü idarə olunan maşınlardan geniş istifadə olunması hələ çox zaman olacaq, amma bu texnologiya həyat qurtaracaq. Bunu bazar ertəsi şirkətin avtonom idarəetmə şöbəsində çalışan baş alimi söyləyib.

Uberin özü idarə olunan maşın bölməsi diqqət mərkəzindədir, çünki şirkət bu ilin axırı səhmlərini ictimaiyyətə açır. Şirkətin bu bölməsi Uberin itkilərinə böyük təsir göstərib. 2018-ci ildə şirkət vergi, amortizasiya və digər xərclərdən əlavə 1.8 milyard dollar itirib.

Uber-in sürücüsüz maşını
Uber-in sürücüsüz maşını

Lakin bəziləri Uberin uğurlu bir şəkildə avtonom maşınlara keçid etməsini şirkətin uzunmüddətli perspektivləri üçün mühüm hesab edir.

Uber 2017-ci ildə Torontoda avtonom texnologiya bölməsini açıb. Şirkət ötən il özü idarə olan maşın əməliyyatlarını genişləndirmək üçün Torontodakı ofisinə milyonlarla dollar sərmayə qoyacağını açıqlayıb. Uber avtonom sport tipli maşınlarından biri ötən ilin mart ayında Arizona ştatının Tempi şəhərində piyadanı vurub öldürənə qədər bu texnologiya sayəsində lider olaraq görülürdü.

Bu hadisədən sonra Uber robotlarını yollardan yığışdırdı və avtonom maşınların sınaq mərkəzi olan Arizonada test sürücüləri işdən çıxardı, əməliyyatları dayandırdı. Lakin şirkət dekabr ayından bəri maşınlarının ictimai yollarda testini bərpa edib.

Bir qrup investor SoftBank Group Corp və Toyota Motor Corp-un başçılığı ilə Uberin avtonom idarəetmə bölməsinə 1 milyard dollardan çox sərmayə qoymaqla bağlı danışıqlar aparır.

XS
SM
MD
LG