Accessibility links

Uber Qahirədə avtobus sifarişi xidmətini təqdim etdi 


Uber Qahirədə avtobus sifarişi xidmətini təqdim etdi
please wait

No media source currently available

0:00 0:01:12 0:00

Qahirə ətrafında səyahət təxminən belə olacaq.

Uber bu həftə özünün avtobus xidmətini təqdim edib. Bu, şəhərdə ən ucuz Uber xidməti olacaq.

Abdellatif Vaked, Uber-in ölkə üzrə baş meneceri: “Biz bunu elan etməkdən çox məmnunuq. Qahirə kənarında çalışacaq Uber Bus dünyada ilk Uber Bus xidmətidir. Şirkətin rəhbəri də bu gün bizimlədir.”

Misirdə 5 milyon Uber istifadəçisi var. Bu isə ölkəni Uber üçün ən böyük bazar edir.

Misir həm də Uber sifarişi sayına görə dünyanın ilk onluğuna daxildir.

Lakin Yaxın Şərqin bəzi sərnişinləri sifarişi tətbiqetmə vasitəsilə etməkdə çətinlik çəkirlər. Nəticədə Uber belə sərnişinlər üçün adi telefonlardan sifariş imkanı yaradıb.

Dara Xosrovşahi, Uber-in baş direktoru: “Mən region üzrə Uber Lite xidmətinin elanından məmnunluq duyuram.”

Uber bu elanı şirkətin region üzrə rəqibi Careem şirkətinin Misirdə avtobus xidmətini açmasından sonra verib.

Keçən ay Reuters-in verdiyi məlumata görə, Careem Jefferies investisiya bankı ilə işləyərək, maliyyələşməsini artırılmasına və rəqibi Uber ilə saziş imzalanmasına çalışır.

XS
SM
MD
LG