Accessibility links

Uber-in təsisçisi istefa verib


Treyvis Kalaniçin istefası səhmdarların təzyiqi nəticəsində verilib

Uber-in təsisçisi istefa verib. Treyvis Kalaniçin istefası anasının ölümü səbəbindən məzuniyyət götürdükdən 1 həftə sonraya təsadüf edir.

O, təqdim etdiyi bəyanatda investorları qəbul etdiyini və istefa verməklə Uberin yeni bir döyüşə girməsindənsə inkişafa fokuslanmalı olduğunu qeyd edib.

Bu istefa Uberin ofisində cinsi təcavüz hallarının yaşandığı və yerli dövlət tənzimçilərinin istintaqının aldadılması ilə bağlı iddiaların artdığı bir dövrə təsadüf edib.

Uber istintaqa kömək etmək üçün keçmiş ABŞ Baş Prokuroru Erik Holderin də daxil olduğu hüquq firması ilə müqavilə bağlayıb.

Keçən həftə yayımlanan digər hesabatda bildirilir ki, şirkətin idarə heyəti Kalaniçin məsul olduğu işləri baş menecerlər arasında bölüşdürmək haqqında məsləhət verilib. Bu məsləhətlərdə həmçinin effektiv şikayət prosesinin yaradılmasına və şirkətin daha çox müxtəlifləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Uber şirkəti təxminən 80 ölkədə fəaliyyət göstərən nəqliyyat xidmətidir. Bu xidmət sayəsində insanlar telefonlarındakı applikasiyadan istifadə edərək səyahətlərini təşkil edə bilirlər.

XS
SM
MD
LG