Accessibility links

3D çap olunan beton evlər [Video]


3D çap olunmuş beton evlər
please wait

No media source currently available

0:00 0:01:52 0:00

Bu yaxınlarda ilk 3-D çap olunmuş beton evlər satış üçün bazara təqdim olunacaq. Hollandiyanın Eyndhoven şəhərinin icra hakimiyyəti, Eyndhoven Texnologiya Universiteti və üç özəl şirkətdən ibarət konsorsium güclərini birləşdirərək, Eyndhoven şəhərində beş ədəd bu cür unikal ev inşa edir.

Bu gördüyünüz evlər gələcəyin siması ola bilər.

İndi artıq memarın ənənəvi üsullara dizayn edə bilmədiyi əşyaları hazırlamaq mümkün olacaq.
Rob Uolfs

Bu evlər hələ ki sadəcə bir ideya olsa da, çox yaxında sizin məhəllənizdə inşa edilə bilər. Bunlar kommersiya məqsədli 3D çap olunan ilk beton evlərdir.

“Biz ilk sizin kompyuterinizdə rəqəmsal 3D model hazırlayırıq. Daha sonra bu model 3D printerə göndərilir və orada lay-lay, heç bir müvəqqəti dəstək olmadan çap edilir” – deyə Rob Uolfs bildirir.

Tikinti üzrə tədqiqatçı mühəndis Rob Uolfs deyir ki, bu üsul betondan istifadə olunan ənəvəni inşaat üsullarından ekoloji cəhətdən daha təmizdir, çünki tullantıların demək olar hamısı aradan qaldırılır, beton istehsalında yaranan karbon dioksid isə azalır.

“Biz materialı ethiyacımız olan yerə lay-lay yerləşdiririk və beləcə böyük ağır quruluşlar hazırlamırıq, onun əvəzinə nazik yüngül parçalar hazırlayırıq və beton quruluşlar sadəcə ehtiyacmız olduğu hisssələrdə olur. Ümumilikdə binanın inşasında daha az materialdan istifadə olunacaq və bina özü ekoloji cəhətdən daha təmiz olacaq”, Uolfs söyləyir.

Uolfs deyir ki, betonu 3D çap etmək qeyri-adi formaların hazırlanmasına imkan yaradır. Bu isə tikinti sektorunda böyük dəyişikliklərə səbəb ola bilər.

3D çap olunan ev
3D çap olunan ev

“İndi artıq memarın ənənəvi üsullara dizayn edə bilmədiyi əşyaları hazırlamaq mümkün olacaq. Digər yandan isə bu həmçinin inşaat sektorunu son istifadəçi ilə yaxınlaşdıracaq, çünki son istifadəçi də ziyan prosesinə qoşula və binaları öz tələblərinə uyğunlaşdıra biləcək. Beləcə bina və evlərin hamısı eyni dizaynda olmayacaq”, Uolfs deyir.

Mühəndislik komandası ilk evini növbəti il çap etməyə hazırlaşır və bu prosesdə öyrəndiklərini gələcək evlərin inşasında tətbiq etmək istəyir. Bu evlərin hər biri növbəti beş il ərzində çap olunub Eyndhovenin Mirhoven əyalətində inşa ediləcək.

XS
SM
MD
LG