Accessibility links

UEFA: Galatasaray qələbə formulunu tapıb [Video]


Didier Drogba, Galatasaray
Didier Drogba, Galatasaray
UEFA Çempionlar Liqasının 1/4 finalına yükləsən Türkiyənin Galatasaray klubu aprelin 3-də Santiaqo Bernabeu Real Madridin qonağı olacaq. Avropanın futbol qurumu olan UEFA rəsmi saytında Galatasarayın qələbə qazanması üçün hazırladığı düzülüş formulunu açıqlayıb. www.uefa.com-da yazılıb ki, Galatasarayı Shalke 04 üzərində və eləcə də yerli çempionatda son oyunlarda qələbəyə aparan düzülüş taktikası belə olub: 4-3-1-2. Məqalədə yazılır ki, əlbəttə bu qədər hücuma meylli oyunçu ilə düzülüşü müəyyən etmək Fatih Terim üçün çətin olsa da, artıq təcrübəli məşqçi bu düyünü aça bilib. Belə ki, hücuma meylli oyun nümayiş etdirəcəyin Galatasarayın hücum xəttini Burak Yılmaz və Didier Drogba təşkil edəcək. Hücumçulara ən yaxın oyunçu Sneijder olacaq. Orta xəttə isə Səlcuk İnan, Melo və Hamit Altıntop yer alacaq. UEFA və eləcə də mütəxəssislər hesab edir ki, bu oyunda əsas məsuliyyət Galasarayın müdafiəsinin mərkəz hissəsinin üzərinə düşəcək. Belə ki, Semih Kaya və Dani Nounkeu çox tər tökməli olacaq. Müdafiənin cinahlarında isə Emmanuel Eboué və Albert Riera yer alacaq.

Bundan başqa matçın maraqlı məqamlarında biri turniri iki bombardirinin bir-birinə qarşı oynamasıdır. Həm K.Ronalda, həm də B.Yılmaz bu sezon Çempionlar Liqasında 8 qol vurub.

Ona görə, Çempionlar Liqasının 1/4 finalında baş tutacaq “Real” – “Qalatasaray” matçına maraq olduqca böyükdür. Fanat.az xəbər verir ki, qarşılaşma 67 ölkədə canlı yayımlanacaq və 5 qitədə təxminən 300 milyon adam izləyəcək.


Bu rəqəm isə futbol qarşılaşmaları üçün olduqca böyük rəqəmdi. Belə ki, “El Kassiko”nun izləyicilərinin sayı orta hesabla 400 milyondu. Ən çox izləyici isə DÇ-2010-un finalında baş tutan İspaniya – Hollandiya matçı olub. Bu oyunu 700 milyon adam izləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG