Accessibility links

UEFA-nın sabiq rəhbəri Mişel Platini korrupsiya ittihamı ilə saxlanılıb


Avropa Futbol Assosiasiyası İttifaqının (UEFA) sabiq rəhbəri Mişel Platini 2022-ci il futbol üzrə dünya çempionatının keçirələcəyi yerin seçimində korrupsiya işi üzrə iyunun 18-i Fransa polisi tərəfindən saxlanılıb.

Platininin vəkili Uilyam Bordon hadisə ilə bağlı şərh verməyib. Mişel Platininin saxlanılması barədə ilk xəbəri Fransanın araşdırmaçı vebsaytı olan Mediapart xəbər verib.

Fransanın iqtisadi cinayətlər və korrupsiya hallarını araşdıran Milli Maliyyə Prokurorluğu (PNF) 2016-cı ildən turnirin 2020-ci ildə İran körfəzi bölgəsindəki əmirlikdə keçirilməsi seçimini araşdırır. Prokurorluq özəl korrupsiya, əlbir olmaq və təsir kimi mümkün cinayətləri araşdırır.

2010-cu ilin dekabrında Dünya Kubokunun Qətərdə keçirilməsi qərarı potensial auditoriyanın olmaması, şiddətli isti hava şəraiti və ölkənin milli yığmasının futbol çempionatlarında zəif çıxışına görə bir çoxlarını tərəfindən təəcüblə qarşılanmışdı. Qətər Dünya Kubokuna ev sahibliyi edəcək ilk ərəb dövləti olacaq.

Le Monde qəzeti prokurorların xüsusilə Fransanın sabiq prezidenti Nikolas Sarkozinin Qətərin dünya Kuboku oyunlarına ev sahibliyi etməsi qərarının verilməsindən doqquz gün əvvəl ev sahibliyi etdiyi nahar yeməyini xüsusilə araşdırdığını bildirib. Mişel Platini və Qətərin o zamankı baş naziri şeyx Tamim bin Həməd Əl-Səni bu naharın qonaqları olublar.

Reuters-in məhkəmədə olan mənbələrinin sözlərinə görə, Sarkozinin iki köməkçisi Klod Quent və Sofi Dion da, çərşənbə axşamı polis tərəfindən sorğu-sual edilib. Dion Platini ilə birlikdə saxlanılır, Quent isə sərbəst buraxılmaq üzrədir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG