Accessibility links

Koronavirusun əsas mərkəzi olan Uhanda insanlar işə qayıtmağa başlayıb


Koronavirusun əsas mərkəzi olan Uhanda insanlar işə qayıtmağa başlayıb
please wait

No media source currently available

0:00 0:01:47 0:00

Koronavirüsün əsas mərkəzi olan Uhanda insanlar işə qayıtmağa başlayıb

Koronavirüsün əsas mərkəzi olan Çinin Uhan şəhərinin sakinləri məcburi təcrid başa çatdıqdan sonra və digər bəzi məhdudiyyətlər tədricən qaldırıldıqca bir qədər rahat nəfəs almağa, koronavirus səbəbindən həyatlarını itirənlərə yas tutmağa başlayıb.

Hubey vilayətinin paytaxtı Uhan şəhərində virusdan ölənlərin xatirəsi anılıb.

Avtomobillər, qatarlar və gəmilər fit səsləndirib, piyadalar isə sükut içərisində başlarını əyib. "Mən Çinin üzləşdiyi böyük müsibətə görə yas tuturam. Bu insanların başına gələnlər çox kədərlidir" - deyə, Uhan sakini Cen Veinenq bildirir.

Yavaş-yavaş insanlar işə qayıtmağa başlayıb. Uhanın tərəvəz satıcıları böyük sarı piştaxtalar arxasında ticarəti bərpa edir. Tərəvəz satıcısı "Bizim işimiz pis deyil. Bura içəridə qalmaqdan daha yaxşıdır. İnsanlar alış-verişə hazırdırlar. Onlar istədiklərini alıb, tez gedirlər" deyir.

"Özümü supermarketdə təhlükəsiz hiss etmirəm. Orada çox adam var. Yoluxmaların çoxu supermarketlərdə baş verib" deyir, Uhan sakini Jen Conqvu.

Şəhərin başqa yerlərində nsanlar küçələrdə velosiped sürür. Xüsusilə bir sakin ailəsinə yenidən qovuşduğuna görə sevinir.

"Həyat yoldaşım bir qızdırma xəstəlikləri klinikasında işləyir. O yoluxduğundan əmin olmadığı üçün həmkarları ilə birlikdə bu günə qədər karantində idi. Bizim kompleksdə karantin qaldırıldı və o, işdən bir gün istirahət götürüb anasını iki aydır görməyən oğlumuzu görməyə gəldi" - deyə, digər sakin bildirir.

Çin hökuməti 11 milyon əhalisi olan bu şəhərdə təxminən 2500 adamın öldüyünü bildirir. Bu, ölkədə koronavirus səbəbindən ölümlərin 75 faizdən çoxunu təşkil edir. Ancaq Qərbdə bəziləri Çin hökumətinin rəqəmlərinin tamamilə şəffaf olub-olmaması ilə bağlı suallar qaldırır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG