Accessibility links

Uhan sakinləri şəhər hüdudlarından kənara səyahət etməyə başlayıb


Çinin mərkəzi Uhan şəhərinin sakinləri koronavirus epidemiyasının yayılmasını dayandırmaq üçün təxminən üç ay əvvəl tətbiq edilmiş məcburi təcrid başa çatdıqdan sonra ilk gündən etibarən şəhər hüdudlarından kənara səyahət etməyə başlayıb.

Çin aviasiya səlahiyyətliləri çərşənbə günü Uhana gələn və Uhandan çıxan təxminən 221 reysin baş tutduğunu bildirib. Sakinlərə ilk gündən sərbəst səyahət icazəsi verilib.

Yanvar ayında Uhanın 11 milyon vətəndaşını xarici dünyadan təcrid edən məcburi təcrid başladıqdan bəri bağlı olan körpülər, tunellər və magistral yollarda 500,000-dən çox insan səfərə çıxıb.

Virus ilk dəfə ötən ilin dekabr ayında mərkəzi Hubei əyalətinin paytaxtı Uhan şəhərində aşkarlanıb. Şəhər sakinləri Çin təqvimi ilə Yeni il tətilində səyahət etməyə başladıqdan sonra tez bir zamanda Uhan sərhədlərindən kənara yayılıb.

Çindəki 82,000 təsdiq edilmiş koronavirusa yoluxma və 3300-dən çox ölüm hallarının əksəriyyəti Uhan şəhərində qeydə alınıb.

Uhan sakinləri şəhərdən çıxmaq üçün sağlam olduqlarını xüsusi smartfon applikasiyası vasitəsilə göstərməlidir. Yalnız applikasiyada yaşıl "sağlamlıq koduna" sahib olan insanların şəhərdən çıxmasına icazə var.

"Sağlamlıq kodunun" təsdiqlənməsi üçün həmin şəxsin yaşadığı məhəllədə heç bir koronavirus xəstəsinin yaşamadığı sübut olunmalıdır. Həmçinin, Uhandan çıxan bir çox insan çatdıqları şəhərlərdə iki həftəlik karantinlə üzləşəcəklər.

Skeptisizm qalır

Çin rəsmiləri iki aylıq koronavirus karantininin başa çatdığını elan etdiyi bir vaxt Uhan sakinləri ölənlərin sayının 2500 olduğuna skeptik yanaşır. Onlar bu göstəricinin həqiqiliyinə inanmır.

Uhanda 7 böyük dəfn evi hər gün yandırılan 500 adamın qalıqlarını ailələrinə verməyə başlayıb. Bu da daha artıq insanın öldüyünü göstərir.

Sosial media istifadəçiləri gündəlik göstəriciləri hesablamağa çalışır.

Caixin.com xəbər saytı isə təkcə bir gündə bir dəfn evinə 5 min urna göndərildiyini yazıb. Bəzi xəbərlərdə Uhandakı 7 dəfn evinin gündəlik 3500 urnadan istifadə etdiyi deyilir.

Bu evlər aprelin 5-dək, Qing Ming festivalının açılışınadək kremasiyaların başa çatdırılacağını vəd etmişdilər.

Təxminlərə görə, bu, bu müddət ərzində 42,000 urnanın ailələrə təhvil verilməsi deməkdir. Hesablamalara görə, ölənlərin sayı 46 min 800 nəfərdir.

Vətəndaş cəmiyyətinə yaxın bəzi mənbələr COVID-19 diaqnozu qoyulmayan bir çox adamın evində öldüyünü, 28,000 kremasiyanın həyata keçirildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG