Accessibility links

Uhanda xarici tələbələr koronavirusa yoluxma qorxusu altındadır


Ölümcül koronavirus epidemiyasının meydana gəldiyi Çində qalan xarici tələbələr üçün günlər qorxu, məyusluq və can sıxıntısı ilə keçir.

“Hər zaman maska taxıram - deyə, iqtisad tələbəsi Ridvan Məhəmməd Nur Amerikanın Səsinə bildirib. O, Uhan universitetində oxuyan 14 somalili və 5 min afrikalı tələbədən biridir.

"Mən o qədər qorxuram ki, pəncərəni açmağa cəsarət etmirəm. Çünki küləyin virusu evimə gətirəcəyindən qorxuram."

Yataqxanada sıxışıb qalan Nur yalnız bir dəfə bayıra çıxdığını bilrdirib. O, məktəb rəhbərliyinin xarici tələbələrə yemək payladığı yerə getmək üçün yataqxananı tərk edib. Çinin başqa şəhərlərində də xarici tələbələr koronavirusa yoluxma qorxusu ilə qapalı vəziyyətdə qalıb.

Uhanda onlarla universitet və kollec var. Yanvarın 23-də Çin ölümcül koronavirusun mərkəzi olan Uhanı karantinə bağlayıb. Çində ümumilikdə 16 şəhər iflic olub, dünyada 6000-dən çox yoluxma halı təsdiq edilib və ən azı 170 insan ölüb.

Beləliklə, yoluxma halları Avstraliya, Kanada, Almaniya, Fransa, Şri-Lanka, Honq Konq, Yaponiya, Makao, Malayziya, Nepal, Portuqaliya, Sinqapur, Cənubi Koreya, Tayvan, Tailand, ABŞ və Vyetnamda da qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yoluxanların əksəriyyəti ya Uhana səyahət etmiş və ya da onlarla təmasda olan insanlardır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG