Accessibility links

Uhandakı bütün COVID pasiyentləri xəstəxanalardan çıxıb


Çin rəsmiləri bazar günü keçən il virusun yayılmağa başladığı Uhan şəhərində bütün koronavirus pasiyentlərinin xəstəxanalardan çıxdığını bildirib.

Çində bütün koronavirus hallarının yarısından çoxunun qeydə alındığı Uhan yanvar ayında ciddi karantin rejiminə məruz qalmış və ölkənin qalan hissəsindən təcrid edilmişdi. Bir çox məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, şəhər sakinləri müntəzəm olaraq testdən keçməlidir.

COVID pandemiyası ilə mübarizə çərçivəsində dünyanın bir çox ölkələrində karantin rejimi davam edir.

Lakin İspaniyada son altı həftədən sonra ilk dəfə olaraq bazar günü uşaqların küçəyə çıxmasına icazə verilib.

İspaniyada uşaqların valideynlərin müşayiəti ilə küçəyə çıxmasına icazə verilib.
İspaniyada uşaqların valideynlərin müşayiəti ilə küçəyə çıxmasına icazə verilib.

Həftələrdir İspaniyada alış-veriş üçün yalnız böyüklərin küçələrə çıxmasına icazə verilirdi, lakin bazar günündən etibarən uşaqlar da valideynlərinin müşayiəti ilə bir saat müddətinə özlərilə yalnız bir oyuncaq götürmək və başqa uşaqlarla oynanamaq kimi şərtlərlə küçəyə çıxa bilərlər.

Avropada Xəstəliklərin Profilaktikası Mərkəzinin yeni hesabatına əsasən, İspaniya dünyada COVID-19-a ən çox səhiyyə işçisinin yoluxduğu ölkədir.

Hesabata əsasən, İspaniyada koronavirusa 205 905 yoluxma halının 18 faizini səhiyyə işçiləri arasında yoluxmalar təşkil edir. Hesabatda göstərilir ki, səhiyyə işçiləri arasında yoluxma halları İtaliyada bütün yoluxma hallarının 10 faizini, Birləşmiş Ştatlarda isə 3 faizini təşkil edir.

İspaniya Birləşmiş Ştatlardan sonra dünyada koronavirusa ən çox yoluxma hallarının qeyd edildiyi ikinci ölkədir.

Avropada koronavirusa ən çox yoluxma hallarının qeyd edildiyi İtaliya və Fransa da sosial təcrid tədbirlərini yüngülləşdirməyə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG