Baş prokuror vəzifəsini icra edən Metyu Uitaker 2017-ci ilin oktyabrından bəri bu vəzifədən kənarlaşdırılan Ceff Seşşinsin aparat rəhbəri vəzifəsində çalışır.
49 yaşlı Uitaker Ayova ştatının Des Moines şəhərində dünyaya gəlib və Ayova Universitetində hüquq üzrə təhsila alıb.
Sabiq ABŞ prezidenti Corc Buş 2004-cü ildə onu ABŞ-ın Ayova ştatında prokuror vəzifəsinə təyin edib.
O həmçinin, 2014-cü ildə Ayova ştatından respublikaçıların ABŞ Senatına erkən seçkilərində iştirak edib və məğlubiyyətə uğrayıb.
İndi Uitaker 2016-cı ildə Trampın seçki kampaniyasının Rusiyanın seçkilərə müdaxiləsi ilə əlaqəsi olub-olmadığına və Trampın bununla bağlı istintaqa müdaxilə etməyə cəhd göstərib-göstərmədiyinə dair xüsusi prokuror Robert Müllerin təhqiqatına nəzarət edəcək.
Uitaker ötən il Ədliyyə nazirliyinə gəlməzdən əvvəl Müllerin apardığı təhqiqatı tənqid edib.
Uitaker CNN kanalında çıxış edərək bildirib ki, baş prokururun Müllerin büdcəsini kəsərək təhqiqatı dayandırmağa səlahiyyəti çatır.
O həmçinin, Müllerin təhqiqatının çox uzandığını və Trampın xüsusi prokurorun təhqiqatını maliyyələşdirməyi dayandırmalı olduğunu deyib.