Accessibility links

Uitakerin özünü Müllerin istintaqından geri çəkməyəcəyi gözlənilir


Ceff Seşşınsın ABŞ-ın baş prokuroru vəzifəsindən getməsindən sonra Demokratlar Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair istintaqı ilə bağlı narahatlıqlarını dilə gətirməyə başlayıb.

Bir qrup etirazçı Ağ Evə Robert Müllerin Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi ilə bağlı istintaqına müdaxilə etməməsi barədə xəbərdarlıq edib.

Bu səs-küyə prezident Donald Trampın çərşənbə günü baş prokuror Ceff Seşşınsı işdən çıxarması və onun yerinə Mett Uitakeri təyin etməsi səbəb olub. Uitaker Seşşınsın sabiq aparat rəhbərdir.

Cümə axşamı Washington Post qəzətində bildirilib ki, Uitaker xüsusi prokurorun Rusiyanın 2016-cı ildə keçirilən ABŞ prezident seçkisinə müdaxiləsini təhqiq edən istintaqı ilə bağlı etdiyi özəl şərhlərinə görə, istintaqa nəzarət etməkdən geri çəkilməyəcəyini söyləyib.

Cümə günü Trampın müşaviri Uitakerin təyinatının dəyişməyəcəyinə işarə edib.

“Prezident bu gün deyib ki, biz bu istintaqa milyonlarla dollar pul və bil il yarım sərf etmişik. Rusiyayla heç bir əlaqə olmayıb. Görürəm ki, artıq bir çoxunuz bu sözləri artıq istifadə etmirsiniz. Biz ümid edirik ki, istintaq başa çatacaq. Biz istintaqa əməl etmək və onun başa çatdırılmasına yardım etmək üçün hər şey etmişik və bu belə olaraq qalacaq”- deyə, Ağ Evin müşaviri Kellian Konvey bildirib.

Lakin Uitaker daha öncə Trampın seçki kampaniyasının rusiyalılarla əlaqəsinin olub-olmadığına, eləcə də prezidentin ədaləti əngəlləyib-əngəlləmədəyinə dair istintaqı müsbət qarşılamadığını bildirib.

Onun Müllerin istintaqı ilə bağlı düşüncəsinin təhqiqatın etibarlılığına xələl gətirib-gətirməyəcəyi bəlli deyil.

XS
SM
MD
LG