Accessibility links

Britaniya: Rusiyanın `kiber əsgərləri` liderləri hədəf alır


Britaniya tərəfindən maliyyələşdirilən araşdırmaya əsasən, Rusiyanın “kiber əsgərləri” Ukraynaya hərbi müdaxiləni qanuniləşdirməyə çalışan genişmiqyaslı dezinformasiya kampaniyası ilə sosial media platformalarını hədəf alaraq xarici liderlərə qarşı yeni hücuma başlayıb.

Britaniya Xarici İşlər Nazirliyi bazar günü bildirib ki, Sankt-Peterburqdakı troll fabrikində pul müqabilində işləyən əməliyyatçılar Telegram mesajlaşma proqramından sosial mediada Kreml tənqidçilərinin hesablarında Rusiya prezidenti Vladimir Putini və Ukraynada müharibəni dəstəkləyən şərhlər yazan tərəfdarları işə götürmək və əlaqələndirmək üçün istifadə edir.

Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, troll fabriki adlanan şəbəkə sosial media platformalarında aşkar edilməmək üçün yeni üsullar hazırlayaraq, özləri tərəfindən məzmun yaratmaq əvəzinə şərhlər yerləşdirir və qanuni istifadəçilər tərəfindən yaradılmış Kreml yönümlü məzmunu gücləndirir. Onların fəaliyyətinin izləri Telegram, Twitter, Facebook və TikTok da daxil olmaqla səkkiz sosial media platformasında aşkar edilib.

Xarici İşlər Nazirliyi əməliyyatın Böyük Britaniya, Cənubi Afrika və Hindistan da daxil olmaqla bir sıra ölkələrdə siyasətçiləri və daha geniş auditoriyanı hədəf aldığını bildirib. Bunun Kremlin internetə təsir əməliyyatlarını maliyyələşdirdiyinə görə ABŞ və Britaniya tərəfindən sanksiyaya məruz qalan Yevgeni Priqojinlə əlaqəsi olduğu ehtimal edilir.

“Kreml və onun kölgəli trol fabriklərinin Putinin qanunsuz müharibəsi ilə bağlı yalanları ilə internet məkanımıza müdaxilə etməsinə icazə verə bilmərik”, Xarici işlər naziri Liz Trass bəyanatında bildirib. “Britaniya hökuməti beynəlxalq tərəfdaşlara xəbərdarlıq edib və Rusiyanın informasiya əməliyyatlarına zərbə vurmaq üçün müttəfiqlər və media platformaları ilə yaxından işləməyə davam edəcək”, o əlavə edib.

XS
SM
MD
LG