Accessibility links

ABŞ və Britaniya Rusiya oliqarxlarına qarşı yeni sanksiyalar tətbiq edib


Vladimir Putin və Əlişir Usmanov
Vladimir Putin və Əlişir Usmanov

ABŞ və Britaniya çərşənbə günü prezident Vladimir Putinin yaxın müttəfiqləri, Moskvanın iki ən varlı iş adamı - Rusiya oliqarxları Əlişir Usmanov və Roman Abramoviçin maliyyə şəbəkələrini hədəf alan yeni sanksiyalar elan edib.

Usmanov keçən il Kremlin Ukraynaya müdaxiləsindən qısa müddət sonra ABŞ və Avropa İttifaqının sanksiyalarına məruz qalıb. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Rusiyanın neft və alüminium sənayesindən sərvət toplayan Abramoviç keçən il "Çelsi" futbol klubunu satmaq məcburiyyətində qalıb.

ABŞ rəsmiləri bildiriblər ki, Britaniya hökuməti ilə razılaşdırılmış yeni təyinatlar mövcud cəzaları gücləndirmək və Rusiyanın Ukraynaya qarşı müharibəsində istifadə etdiyi mühüm texnologiyaların idxalını daha da pozmaq məqsədi daşıyır.

Dövlət Departamenti və Maliyyə Nazirliyi Rusiyanın Ukraynaya hücumu ilə bağlı 20-dən çox ölkədəki yurisdiksiya və fiziki şəxsə qarşı 120 sanksiya elan edib. Böyük Britaniya 14 fiziki və hüquqi şəxsin adını açıqlayıb.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli açıqlamasında "Rusiya elitasına və onlara müharibə üçün pullarını gizlətməyə yardım etməyə çalışanlara qarşı şəbəkəni bağlayırıq. Gizlənəcək yer yoxdur. Biz onların uğurla gizlətdiklərini düşündükləri aktivlərdən kəsməyə davam edəcəyik" deyib.

Usmanov və Abramoviç Qərbin Rusiyanın əsas sektorları və Putinə yaxın şəxslərə qarşı həyata keçirdiyi sanksiyaların ilk hədəfləri olub.

Maliyyə Nazirliyi həmçinin Rusiyanın nəzarətində olan Macarıstanın paytaxtı Budapeştdə yerləşən Beynəlxalq İnvestisiya Bankını da hədəf alıb. Bankın üç hazırkı və ya keçmiş rəhbəri\ləri - Rusiya vətəndaşları Nikolay Nikolayeviç Kosov və Georgiy Nuqzaroviç Potapov və Macarıstan vətəndaşı İmre Laslotski sanksiyalara məruz qalıb.

Almaniya daha əvvəl Usmanovun "Dilbər" kimi tanınan super-yaxtasını ələ keçirmişdi.

Maliyyə Nazirliyinin məlumatına görə, Usmanovun anasının adını daşıyan yaxtanın dəyəri 600-dən 735 milyon dollar arasındadır. "Dilbər"in iki vertolyot meydançası və indiyə qədər yaxtada quraşdırılmış dünyanın ən böyük qapalı hovuzlarından biri var.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00
XS
SM
MD
LG