Accessibility links

Rusiya ilk dəfə Ukraynadakı müharibədə ölən hərbçilərinin sayını açıqlayıb


Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Ukraynadakı müharibədə ölən rus hərbçilərinin sayını açıqlayıb. Rusların açıqladığı rəqəmlər rəsmi Ukraynanın təxminlərindən xeyli fərqlənir.

Nazirliyin məlumatına görə, Ukraynada keçirilən “xüsusi hərbi əməliyyat” zamanı Rusiyanın 498 əsgəri həlak olub, 1597 nəfəri yaralanıb.

Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfdən 2870 əsgərin öldürüldüyünü, 3700-ə yaxınının yaralandığını, 572 nəfərin əsir götürüldüyünü iddia edir.

Rusiyanın Ukraynaya işğalı fevralın 24-ü səhər saatlarında başlayıb. Rusiya Müdafiə Nazirliyi itkilərlə bağlı məlumatı fevralın 27-də versə də, rəqəmləri açıqlamayıb.

Senator Lyudmila Narusova martın 1-də “Dojd” kanalına “hərbçi olmayan insan belə günlərdir davam edən gərgin döyüşlərdən sonra itki ola bilməyəcəyinin yalan olduğunu anlaya bilər” deyib.

Onun sözlərinə görə, analar müstəqil olaraq Ukrayna internet mənbələrində oğullarının əsir düşdüyü və ya öldüyü barədə məlumat tapır, lakin ölənlərin cəsədlərini necə götürəcəklərini bilmir.

"Nəyə görə heç olmasa cəsədləri çıxara biləcəyiniz dəhlizlə razılaşmırsınız? Axı onlar basdırılmır, sahibsiz itlər tərəfindən parçalanır. Yandıqları üçün bəzilərini tanımaq olmur. Bu, heç bir müharibə qanununa görə deyil,” Narusova bildirib.

Ukrayna Baş Qərargahının məlumatına görə, isə fevralın 24-dən martın 2-si səhərədək Rusiya hərbçilərindən yaralı və həlak olanlarının ümumi sayı təxminən 5840 nəfər olub. Ən azı 200 nəfər isə əsir götürülüb.

Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti Facebook səhifəsində yeddi gün davam edən müharibədə hərbçilər nəzərə alınmasa, Ukraynada 2000-dən çox insanın həlak olduğunu bildirib.

Dövlət Xidmətinin məlumatına görə, vəzifələrini yerinə yetirərkən 10 xilasedici həlak olub, 13-ü yaralanıb.

XS
SM
MD
LG