Accessibility links

Ukraynanın taxıl ixracı sövdələşməsi dörd ay müddətinə uzadılıb


Ukrayna taxılını daşıyan yük gəmisi Despina V. İstanbul yaxınlığında Kilyosda. 2 noyabr, 2022. 
Ukrayna taxılını daşıyan yük gəmisi Despina V. İstanbul yaxınlığında Kilyosda. 2 noyabr, 2022. 

Ukrayna və Türkiyə rəsmiləri cümə axşamı bildirib ki, Ukrayna txılının Qara Dəniz vasitəsilə ixracına imkan verən sövdələşmə hazırkı şərtlər altında əlavə dörd ay müddətinə uzadılıb.

Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbilə dayandırılan taxıl ixracının bərpasına imkan vermək məqsədilə Türkiyə və BMT-nin vasitəçiliyi ilə əldə olunan ilkin sövdələşmənin müddətinin başa çatmasındam bir neçə gün öncəyə təsadüf edib.

BMT-nin baş katibi Antonio Quterreş sövdələşmənin müddətinin uzadılmasını alqışlayıb və bəyanatında bildirib ki, BMT “bu mühüm təchizat xəttinin asanlıqla fəaliyyət göstərməsini təmin etməyə sadiqdir”.

O əlavə edib ki, BMT həmçinin Rusiyadan ərzaq və gübrə ixracını təmin edən razılıqla əlaqədar əngəlləri də aradan qaldırmağa sadiqdir.

“Üç ay öncə İstanbulda imzalanan hər iki razılıq ərzaq və gübrə qiymətlərini aşağı salmaq və qlobal ərzaq böhranının qarşısınl almaq üçün mühümdür,” Quterreş deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski Twitter-də sövədələşmənin müddətinin uzadıldığını açıqlayaraq bildirib ki, Ukrayna, Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ərzaq böhranına qarşı qlobal mübarizədə mühüm qərar veriblər.”

Qara Dəniz Taxıl təşəbbüsü 11 milyon ton Ukryayna taxılının ixracına imkan yaradıb ki, onun üçdə ikisi inkişaf etməkdə olan ölkələrə göndərilib.

Raket hücumları

Ukrayna rəsmiləri cümə axşamı ölkənin bir neçə hissəsinə raket zərbələrinin endirildiyini bildirib. Hədəflər arasında qaz obyektləri var.

Xarici işlər naziri Dmitro Kuleba cümə axşamı Twitter-də bildirib ki, Rusiya “Ukraynaya növbəti kütləvi raket hücumu” etdiyi bir vaxt o, ABŞ Dövlət katibi Antoni Blinken ilə telefonla danışıb.

Kuleba Birləşmiş Ştatlara hərbi yardıma görə təşəkkür etdiyini və hava hücumundan müdaifə sistemlərinin çatdırılmasını sürətləndirməyin vacibliyini vurğuladığını deyib.

O, Ukrayna qüvvələrinin bu ayın əvvəlində istifadə etməyə başladıqlatrı Qabaqcıl Yer-Hava tipli Raket Sisteminin uğurlarını qeyd edib. O həmçinin Ukraynaya daha qqbaqcıl ABŞ-ın Patriot hava hücumundan müdafiə sisteminin verilməsinin vaxtının çatdığına inandığını deyib.

XS
SM
MD
LG