Accessibility links

Azərbaycan müxalifəti: Yanukoviç getdi... (Video-İsa Qəmbərin Avromeydanda çıxışı)


Ukraine - Euromaidan
Ukraine - Euromaidan

Müxalifət liderləri iqtidarı Ukraynadan dərs çıxarmağa çağırır

Azərbaycanın müxalifət liderləri Ukrayna xalqını qələbə münasibəti ilə təbrik edir və Azərbaycan hakimiyyətinə Ukrayna hadisələrindən nəticə çıxarmağa çağırır. Milli Şuranın, Müsavat və Xalq Cəbhəsi partiyalarının sədrləri öz Facebook səhifələrində Ukraynanın yeni hakimiyyətinin Azərbaycan xalqının dostu olduğunu bildirir.

Milli Şuranın sədri Cəmil Həsənli yazır ki, Ukraynada baş verənlər bir daha göstərdi ki, avtoritar, diktator üsulları ilə idarəetmənin heç bir perspektivi yoxdur.

“Yanukoviç ona görə getdi ki, o, ölkədə heç bir islahat aparmadı. O, Ukraynanı demokratik dünyadan uzaq tutmaq istəyirdi və bu da xalqın istəyi ilə üst-üstə düşmürdü.

Yanukoviç getdi, İlham Əliyev də onun ardınca gedəcək. Demokratiya, Avropa dəyərləri Xəzər sahillərinə qədər genişlənməlidir.

İndi diktator üsulu ilə ölkələri idarə etmək, xalqları əsarətdə saxlamaq mümkün deyil. Jurnalistləri, siyasi qüvvələri həbsə atmaqla, onların haqqında süni suçlar düzəltməklə heç nəyə nail olmaq olmaz. Bütün bunlar hamısı müvəqqəti şeydir. Ukrayna xalqını təbrik edirik. Bu ölkədə baş verən hadisələr postsovet məkanından demokratik qüvvələrin nə qədər haqlı olduğunu sübut etdi”, Həsənli qeyd edir.

Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Ukrayna inqilabının tam və qəti qələbəsi münasibətilə demokratik dəyişiklik tərəfdarı olan bütün azərbaycanlıları təbrik edir.

“Ukrayna nümunəsi bir daha sübut etdi ki, nə kütləvi həbslər, nə də zor tətbiqi artıq vaxtı keçmiş feodal diktaturalarını qorumaq iqtidarında deyil. Tam əksinə, xalqın qanını tökən, xalqına silah qaldıran liderlər bununla da öz dəhşətli məğlubiyyətlərini təmin etmiş olurlar. Sona yaxın diktatorların hamısı xalqın təmsilçiləri ilə dialoqa gedib, öz sabahlarını təmin etməyə çalışırlar, amma bu addımı çox vaxt vaxtında atmırlar, sonra da gec olur. İlham Əliyev də baş verənlərdən nəticə çıxarmalıdır”, AXCP sədri bildirir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər yazır ki, Ukraynanın indiki rəhbəri Müsavatın dostudur.

İ.Qəmbər Ukrayna hadisələri zamanı Kiyevə səfərini, Maydanda ictimaiyyət qarşısında çıxışını və müxalifətin baş qərargahında görüşlərini yada salır.


XS
SM
MD
LG