Accessibility links

Ukrayna Rusiyanı xəstəxananı bombalamaqda ittiham edir; Vaşinqton Polşanın qırıcı təyyarə planını rədd edir


Vaşinqton çərşənbə günü Rusiyanın hava hücumunun Ukraynanın Mariupol şəhərində doğum evini dağıtması ilə bağlı xəbərləri qınayıb. Bu arada isə ABŞ rəsmiləri Polşanın Rusiyada istehsal olunan döyüş təyyarələrini ABŞ-ın hava bazasına, oradan da Ukraynaya köçürmək təklifini rədd edib.

“Suveren ölkələr özləri nə edəcəklərinə qərar verə bilərlər,” Pentaqonun mətbuat katibi Con Kirbi deyib. “Ancaq bu ideya, təyyarələri bizim himayəmizə, daha sonra isə Ukraynaya ötürmək təklifi bizim hazırda nəzərdən keçirdiyimiz bir şey deyil.”

Kirbi deyib ki, ABŞ-ın kəşfiyyat məlumatları göstərir ki, bu cür transfer “yüksək riskli” hesab olunacaq və Rusiya Prezidenti Vladimir Putin tərəfindən eskalasiya kimi görünəcək.

Rusiya Polşanın təyyarələr ABŞ-ın Almaniyadakı hava bazasında göndərmək təklifini tənqid edib. Kremlin sözçüsü Dmitri Peskiv çərşənbə axşamı bunu “potensial təhlükəli ssenari” adlandırıb.

Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə günü: “Məncə, ABŞ-ın hava bazasında müharibənin getdiyi ölkənin mübahisəli hissəsinə təyyarələrin göndərilməsinin bizim və NATO-nun maraqlarına uyğun gəlmədiyi kifayət qədər aydındır və bunu anlamaq üçün hərbi ekspert olmağa ehtiyac yoxdur” deyib.

Xəstəxənaya hücum nəticəsində Ukrayna Prezidenti Volodimir Zelenski təkrar NATO-nu Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etməyə çağırıb və “Sizin gücünüz var, amma belə görünür insanlığınızı itirirsiniz” deyib.

ABŞ bu çağırışa müqavimət göstərir və deyib ki, uçuşa qadağa zonasına nəzarət etmək lazımdır və bu da ABŞ-ı Rusiya ilə birbaşa qarşıdurmaya sürükləmiş olacaq.

Ukrayna Rusiyaya xəbərdarlıq edir

Zelenski çərşənbə günü Twitter-də doğum evinin görüntülərini paylaşıb.

Xəstəxanya hücum nəticəsində ölən mülki vətəndaşların sayı bilinmir. Rusiya bomba hücumu ittihamlarına cavab verməyib. Ölkə Ukraynaya hərbi müdaxilə çərçivəsində mülki vətəndaşları hədəf aldığını inkar edir.

Zelenskinin müşaviri Oleksiy Arestoviç xəbərdarlıq edib ki, Mariupola hücum iki həftəlik münaqişəni Rusiya qüvvələri üçün daha böyük bir mübarizəyə çevirib.

“İndi bu tamamilə fərqli bir müharibə olacaq,” o, Twitter-də bildirib.

Ağ Ev və Pentaqon çərşənbə günü bildirib ki, onlar xəstəxanaya hücumla bağlı məlumatları təsdiq edə bilməyiblər.

“Əgər bu, doğrudursa ki, bunun doğru olduğuna şübhə etməyimiz üçün heç bir səbəb yoxdur, biz sadəcə müstəqil şəkildə onu yoxlaya bilmirik - o zaman bu, Ukrayna xalqının verməli olmadığı böyük qurbanlar verdiyinə başqa bir işarədir,” Kirbi deyib.

Psaki bildirib ki, “bir ana kimi - bilirəm ki, bir çoxunuz özünüz də anasınız - suveren bir ölkədə günahsız vətəndaşlara qarşı hərbi gücdən vəhşicəsinə istifadə edildiyini görmək dəhşətlidir.”

Rusiya çərşənbə günü mülki vətəndaşların Ukraynanın Rusiya qüvvələri tərəfindən mühasirə olunan bir neçə hissəsini təxliyə edə bilməsinə imkan yaratmaq üçün yeni atəşkəs planlarını açıqlamışdı. Ukrayna rəsmiləri isə Mokvanı ölkənin cənubunda bir başqa evakuasiya yolunu atəşə tutmaqda ittiham etmişdi.

Amerikanın Səsinin Pentaqonun humanitar dəhlizlərə hücumları müharibə cinayəti hesab edib-etmədiyinə dair sualına cavab olaraq Kirbi deyib ki, “Pentaqon müharibə cinayətləri ilə bağlı qərar vermir. Biz bunu ekspertlərin öhdəsinə buraxırıq. Mən sizə həebi müdaxiləyə son qoymaqdan öncə - ki, burda əslində olmalı olan budur - amma bundan da öncə biz istəyirik ki, günahsız mülki vətəndaşların təhlükəsiz çıxışına icazə verilsin və onlara zərər dəyməsin.”

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk deyib ki, Rusiya Sumi, Mariupol, Enerhodar, Volnovaxa, İzyum və paytaxt Kyiv yaxınlığında bir neçə şəhərdən evakuasiya yollarının olacağını təsdiq edib. Vereşçuk deyib ki, çərşənbə axşamı Sumidən 5000 nəfər təxliyə oluna bilib.

“Apokaliptik”

Ancaq Rusiyanın mühasirəsi səbəbilə elektrik, istilik, qida və su ehtiyatlarının azaldığı ölkənin cənub şərqində yerləşən liman şəhəri Mariupoldan çərşənbə axşamı insanları çıxarmaq səyləri nəticə verməyib və Vereşçuk deyib ki, Rusiya qüvvələri humanitar karqo karvanına atəş açıblar.

“Mariupoldakı vəziyyət apokaliptikdir,” Qırmızı Xaçın sözçüsü Evan Vatson deyib.

Dövlət Katibi Antoni Blinken həmçinin çərşənbə günü deyib ki, Rusiyanın Ukraynadan Rusiyaya humanitar dəhlzi yaratmaq təklifləri “absurd”dur.

“Ukrayna xalqının onların həyatlarına bu dərəcədə etinasızlıq göstərən hökumətə sığınmasını təklif etmək mənfurdur,” Blinken deyib.

Ukraynaya daha çox müdafiə

ABŞ-ın yüksək vəzifəli müdafiə rəsmisi çərşənbə günü müxbirlərə deyib ki, Bİrləşmiş Ştatlar Kyivi daha çox havadan müdafiə imkanlarının daxil olmadığı müdafiə silahları ilə təmin etmək üçün Ukrayna və digər “müttəfiq və tərəfdaşlarla” danışıqlar aparır.

Ancaq Dəniz Piyadaları Korpusunun kapitanı və ABŞ-ın Avropa Komandanlığının sözçüsü Adam deyib ki, ABŞ Polşada iki Patriot yer-hava tipli raket batareyası yerləşdirib. Miller çərşənbə günü açıqlamasında bildirib ki, normal olaraq Almaniyada yerləşən raket batareyaları Polşanın dəvəti ilə Polşaya köçürülüb.

Bundan əlavə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çərşənbə günü bildirib ki, 36 il öncə dünyanın ən faicəvi nüvə qəzasından sonra istismardan çıxarılan Çernobıl atom elektrik stansiyasında elektrik şəbəkəsinin mənbəyi zədələndiyindən sonra elektrik enerjisi kəsilib.

Kuleba Twitter-də deyib ki, indi nüvə stansiyası ehtiyatda olan dizel generatorlarından asılıdıe ki, onlar da nüvə stansiyasını 48 saat boyunca elektrik enerjisi ilə təmin edə bilər, ancaq bundan sonra sərf olunan nüvə yanacağının soyuması dayanacaq və bu da radiasiyanın sızma ehtimalını artıracaq.

“Putinin vəhşi müharibəsi bütün Avropanı təhlükə qarşısında qoyur. O, bunu dərhal dayandırmalıdır,” Kuleba yazıb və qlobal ictimaiyyəti Rusiyanın nüvə stansiyasında təmirə imkan yaratamaq üçün atəşkəs tətbiq etməsini tələb etməyə çağırıb.

Kremlin sözçüsü Peskov çərşənbə günü müxbirlərə deyib ki, Bİrləşmiş Ştatlar “Rusiyaya qarşı iqtisadi müharibə aparır.” Onun sözləri ABŞ Prezidenti Co Bayden Rusiyadan neft və başqa enerji idxallarına qadağa tətbiq etməsindən bir gün sonraya təsadüf edib.

BMT-nin qaçqınlar üzrə agentliyi çərşənbə günü bildirib ki, Ukraynadan 2.2 milyon insan qaçıb. Onların yarısından çoxu Polşaya keçib.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG