Ukrayna vəziyyəti ağır olan, daşınması mümkün olan yaralı əsirləri Rusiyaya təhvil verib. Bu barədə Hərbi Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahından məlumat verilib.
"Beynəlxalq öhdəliklərə əməl edərək, Cenevrə Konvensiyalarının 109-114-cü maddələrinə uyğun olaraq və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə Ukrayna ağır yaralı və ağır xəstə olan əsir götürülmüş işğalçıları birtərəfli qaydada Rusiya tərəfinə təhvil verib. Bu halda söhbət əsirlərin dəyişdirilməsindən yox, məhz repatriasiyadan gedir: ağır yaralı əsilərin beynəlxalq humanitar hüquqda nəzərdə tutulduğu kimi heç bir şərt olmadan geri qaytarılması” – deyə, bəyanatda deyilir.
Qərargahdan verilən məlumata görə, bütün ağır yaralı girovlar Rusiya tərəfinə təhvil verilib. Onların dəqiq sayı göstərilmir. Rusiya rəsmiləri hələlik bununla bağlı açıqlama verməyib.
Martın 7-də Ukrayna və Rusiya növbəti dəfə hərbi əsir mübadiləsi aparıb, nəticədə 130 ukraynalı və 90 rusiyalı vətənə qayıdıb. Ukrayna Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini, sərhədçiləri, Milli Qvardiyanın əsgərlərini geri qaytarıb. Əsirlikdən qayıdan 130 ukraynalıdan dördü qadındır. Rusiya Federasiyasının Müdafiə Nazirliyi 90 rusiyalının əsirlikdən qayıtdığını təsdiqləyib. Hərbi idarədən verilən məlumata görə, onların hamısına Müdafiə Nazirliyinin tibb müəssisələrində lazımi tibbi yardım göstəriləcək.
Ukrayna və Rusiya arasında əvvəlki əsir mübadiləsi fevralın ortalarında baş tutub və 101 rus və 101 ukraynalı vətənə qayıdıb. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ümumilikdə 1993 nəfər rusiyalı əsirliyindən geri qayıdıb.