Accessibility links

Ukrayna prezidenti ehtiyatda olan hərbçilərə çağırış elan edib


Ukrayna prezidenti Volodimir Zelenski fevralın 22-də axşam Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan hərbçilərini çağırıb. Bu qərar Rusiyanın Donbassın rusiyapərəst separatçıların nəzarəti altında olan ərazilərinə qoşun yeritmək qərarı fonunda qəbul edilib.

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanlığı çərşənbə günü, fevralın 23-dən Ukrayna Silahlı Qüvvələrinin sıralarına ehtiyatda olan hərbçilərin çağırışına başlayıb - 18-60 yaş arası 36 min nəfər çağırılacaq.

"Bunlar həm zabitlər, həm də kiçik çavuş kimi sıravilər olacaq. Çağırış bu gün başlayacaq. Maksimum xidmət müddəti 1 ildir" - deyə, Ukrayna Silahlı Qüvvələrinin bəyanatında deyilir.

"Ukrayna ordusunu və digər hərbi birləşmələri operativ şəkildə artırmalıyıq. Ali Baş Komandan kimi mən xüsusi müddətdə ehtiyatda olan hərbçilərin çağırılması ilə bağlı fərman vermişəm. Söhbət sırf operativ ehtiyata təyin edilmiş vətəndaşlardan getdiyini vurğulayıram" - deyə, Zelenski bildirib. O qeyd edib ki, hələlik ümumi səfərbərliyə ehtiyac yoxdur.

Zelenskinin sözlərinə görə, ehtiyatda olanlar Ukrayna ordusunun bütün mümkün dəyişikliklərə hazırlığını artırmalıdırlar.

Bundan əvvəl Volodimir Zelenski bildirib ki, Ukrayna sülh və məsələlərin yalnız sülh yolu ilə həllinin tərəfdarıdır, lakin təcavüzə hazır olmalıdır. Ukrayna prezidenti onu da bildirib ki, ölkə yalnız Rusiya ilə genişmiqyaslı müharibə olacağı təqdirdə hərbi vəziyyətə keçəcək.

Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin əvvəlcə Rusiyanın qondarma “DNR” və “LNR”nin müstəqilliyini tanıdığını, daha sonra isə Rusiya qoşunlarının Ukraynanın şərqində rusiyayönlü separatçıların nəzarətində olan ərazilərə daxil olduğunu bəyan edib. O, onlara “DXR” və “LPR” ərazisində “sülhməramlı funksiyaları” yerinə yetirməyi tapşırıb.

XS
SM
MD
LG