Accessibility links

Ukraynalı yeniyetmə Baxmutda ölümdən qayıdıb


Ukraynalı yeniyetmə Baxmutda ölümdən qayıdıb
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Ukraynalı yeniyetmə Baxmutda ölümdən qayıdıb

Kimdən soruşmanızdan asılı olaraq, Baxmut şəhəri ya Rusiya ordusunun nəzarətindədir, ya da Ukrayna Ordusu tərəfindən mühasirəyə alınıb. Amma reallıq ondan ibarətdir ki, şəhər xarabalığa çevrilib və döyüşlər gedən zaman orada qalan uşaqlar da daxil olmaqla, dinc sakinlər üçün təhlükəli bir yerdir.

16 yaşlı Mikita Brojal xoşbəxt doğulub. Ən azından bunu Ukraynanın Lviv şəhərindəki həkimlər deyir. "Yaralanmaq qorxulu deyil. Ağrı olur, amma qorxulu deyil. Dəhşətlisi odur ki, yanında kimsə öldürülür və sən yardım edə bilmirsən. Bu, qorxuludur".

Rusiyanın Ukraynaya qarşı işğalında əsas döyüş meydanı olan Baxmutda 4400-dən çox tikili dağıdılıb. Fevral ayından indiyədək şəhər və ətraf ərazilərdən 320 uşaq təxliyə edilib.

31 dekabr 2022-ci ildə Mikita və onun 14 yaşlı bacısı oğlu yerli bazarda satıcılara su daşıyırdı. "Yadımda qalan yeganə şey güclü partlayışdır. Özümə gələndə yerdə uzanmışdım. Hər tərəf toz-torpaq idi və kəskin barıt iyi gəlirdi. Dönüb nə isə soruşmaq üçün bacım oğlunun yanına süründüm, amma o danışa bilmirdi."

Onun bacısı oğlu sağ qalmadı. Lakin Mikita yaralanandan üç gün sonra anası və bacısı ilə birlikdə evakuasiya qatarı ilə Lvivə gətirildi.

Yeniyetmənin bədənində altı mərmi parçası var idi. Biri sinəsinin dərinliyində yerləşdi. Mikitanın bacısı Olha Kuçeryava: "Bu, onun ürəyindən 5 santimetr aralıdadır. Çətindir. Hərəkət edə, öskürə və dönə bilmir. O, heç nə edə bilməz."

Cərrah Oleksandr Kalinçuk: "Qəlpə onun qabırğalarını sındırıb, kürəyindəki sümüyü əzib, döş qəfəsindən girərək, sol ağciyərin zədələyib və iki şah damar arasında ilişib qalıb."

Mikitanı xəstəxanada ilk görənlərdən biri də cərrah Oleksandr Kalinçuk olub. "Qəlpənin ölçüsü təxminən 3 sm-dir" deyir Klinçuk.

Qanaxma olacağı təqdirdə ürək cərrahları əməliyyat otağında hazır vəziyyətdə idi. Ancaq əməliyyat uğurla keçdi, qəlpə uğurla çıxarıldı.

Digər mərmi parçalarının çıxarılması üçün Mikita daha bir neçə əməliyyat keçirib və aylarla reabilitasiya edilib. "Atəş tez-tez baş verirdi. Mən dəfələrlə atəşə məruz qalırdım. Biz məsələn, velosipedlə gediəndə bomba bizdən 15 metr aralıya düşdü. Palçığa büründük, lakin sağ idik".

İndi özünü daha yaxşı hiss etdiyi üçün Mikita müharibədən əvvəl başladığı avto-mexaniklik dərslərini tamamlamağı planlaşdırır. Vaxtı gələndə isə doğma Baxmuta qayıdacaq.

XS
SM
MD
LG