Accessibility links

Baxmut duzu Ukraynanın müqavimətinin simvoluna çevrilib


Baxmut duzu Ukraynanın müqavimətinin simvoluna çevrilib
please wait

No media source currently available

0:00 0:02:57 0:00

Baxmut Duzu - Həmrəylik - Ukraynanın Sarsılmaz Gücü

Ukraynanın mübahisəli Baxmut bölgəsi 140 ildən çoxdur ki, əksər ukraynalıların və bir çox Avropa ölkələrinin süfrələrinə duz qoyur. Bu gün bölgədə istehsal müəssisələri tamamilə dağılsa da,"Baxmut duzu" dəstəyə çağırış səsinə çevrilib.

Rusiya həftələrdir Ukrayna qüvvələrini Baxmut şəhəri və ətrafından sıxışdırıb çıxarmağa çalışır. Moskva bütün Donbas bölgəsini ələ keçirmək üçün bir addım kimi gördüyü Baxmut bölgəsini işğal etmək istəyir. Baxmutdan 18 kilometr aralıda yerləşən və nəhəng duz mədənləri ilə tanınan Solidar şəhəri də Rusiyanın diqqət mərkəzindədir.

Ukraynalılar üçün qaya duzu ölkənin tanınan simvollarından biri ilə əlaqələndirilir - Soledar duzunun qablaşdırma dizaynı ilə. Bu məhsul Ukrayna ilə sinonim kimidir və onilliklər ərzində dəyişməyib.

Ancaq bu gün, müharibə dövründə qablaşdırma həm də rəssam Oleksandr Voytoviç üçün bir sənətdir. "Mən həmişə duzu Ukrayna ilə əlaqələndirmişəm. Mən ondan sənət obyekti kimi istifadə etmişəm, yəni konsepsiyadan. Müharibə başlayandan sonra hər şey yeni məna aldı".

Müharibədən əvvəl duz istehsalı üzrə dövlət sənaye birliyi "Artemsil" Ukraynanın qaya duzunun 90%-ni istehsal edir və 15 ölkəyə göndərirdi.

1881-ci ildə duz istehsalına başlayan Solidar zavodu 2022-ci ilin aprel ayında Rusiya qüvvələri tərəfindən davamlı atəşə tutulduğu üçün fəaliyyətini dayandırıb. Təxminən 2500 işçi işsiz, Ukrayna duzsuz qalıb.

Duz istehsal olduğu zaman Voytoviç paketlərin üzərində şəkillər çəkirdi. Onun yaradıcılığından biri artıq Vaşinqton muzeyinə göndərilib. Beynəlxalq Liderlik üzrə Konqresin ofisindən Maura Şelden: "Bu sadə bir əşyadır. Lakin fikrimcə, adi ukraynalıların çoxunun evində ola biləcək əşyadır. Mən üç il Ukraynada yaşamışam və bu duz qutum var idi".

Voytoviç bu qeyri-adi sənətə hələ tələbəlik illərindən cəlb olunub. "Mən 90-cı illərin əvvəllərində Rəssamlıq Akademiyasında oxuyurdum və bizdə hər şey, o cümlədən kağız qıtlığı var idi. Rəsm çəkməyə ehtiyacı olan tələbələr isə hər hansı lazımlı material axtarırdı. Kömürlə də təcrübə aparmışıq".

Müharibənin birinci ilinin tamam olması münasibətilə bu yaxınlarda "Artemsil" duzunun son qutuları qablaşdırılaraq, satışa göndərildi.

Həmrəylik adı altında: "Həmrəylik - Ukraynanın Sarsılmaz Gücü".

Bütün gəlir Ukrayna ordusu üçün pilotsuz təyyarələrin alınmasına sərf olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG