Accessibility links

Ukraynanın şərqində atəşkəs fevralın 15-i qüvvəyə minəcək [Fotoqalereya]


Ukrayna, Rusiya, Fransa və Almaniyanın liderləri Ukraynanın şərqində aylardır minlərlə insanın ölümünə səbəb olan döyüşlərdə atəşkəs əldə edilməsi yollarını müzakirə etmək üçün bu gün Minskdə danışıqları davam etdirib.

Belarusun paytaxtı Minskdə 16 saat davam edən danışıqlardan sonra liderlər atəşkəsin fevralın 15-də qüvvəyə minəcəyini elan ediblər.

Rusiya prezidenti Vladimir Putin münaqişə bölgəsindən ağır silahların çıxarılması da daxil edilməklə, əsas məsələlər barədə razılığın əldə edildiyini bildirib.

Rusiya tərəfdarı separatçılar da razılığı qəbul edib.

Mətbuat konfransı zamanı tərəflər hələ də fikir ayrılıqlarının olduğunu bildirib. "Bizim heç bir illüziyamız yoxdur və bu məsələni həll etmək üçün çox işlər görülməlidir" -deyə, Almaniya kansleri Angela Merkel bildirib.

Ukrayna ordusunun məlumatına görə, atəşkəs barədə razılıq əldə edilməsinə baxmayaraq, keçən gecə Rusiyadan Ukrayna ərazilərinə çox sayda tank və ağır artilleriya keçirilib.

XS
SM
MD
LG