Accessibility links

Ukrayna ordusu Qara dənizdə "Boyko Qüllələri"nə nəzarəti əlinə alıb


Ukrayna müdafiə nazirinin müavini Anna Malyar
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar

Ukrayna Baş Kəşfiyyat İdarəsinin bazar ertəsi yaydığı məlumata əsasən, Ukrayna Qara dənizdəki "Boyko Qüllələri"nə nəzarəti geri alıb.

Qaz hasilatı platformaları olan "Boiko Qüllələri" Rusiya qüvvələri tərəfindən hələ 2015-ci ildə ələ keçirilib və o vaxtdan bəri xüsusən də helikopter meydançaları və radar obyektlərinin yerləşdirilməsi kimi hərbi məqsədlər üçün istifadə edilib.

"Boyko" qazma qurğularına nəzarət Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bölmələri tərəfindən həyata keçirilib. Əsasən "Piter Qodovalets" və "Ukrayna" qazma platformaları, həmçinin "Tavrida" və "Sivaş" qazma qurğularının nəzarətə götürüldüyü bildirilib.

Bundan əlavə, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Ukrayna silahlı qüvvələrinin Baxmut istiqamətində Klişeyevka və Andriyivka bölgələrində uğurla irəlilədiyini bildirib.

Malyar əlavə edib ki, Ukrayna qüvvələri düşməni tutduğu mövqelərdən sıxışdırıb çıxarır və "biz orada müəyyən irəliləyiş əldə edirik".

Anna Malyar həmçinin qeyd edib ki, Ukrayna hərbi qüvvələri son bir həftə ərzində Baxmut istiqamətində 2 kvadrat kilometr ərazini azad edib. Nazir müavininin sözlərinə görə, əks-hücum kampaniyası başlayandan bəri Baxmut yaxınlığında ümumulikdə 49 kvadrat kilometr ərazi azad edilib.

Forum

XS
SM
MD
LG