Accessibility links

"Ukrayna ilə xərcləyin" - Onlayn platforma müharibə dövründə yerli şirkətləri dünyaya tanıdır


"Ukrayna ilə xərcləyin" - onlayn platforma müharibə dövründə yerli şirkətləri tanıdır
please wait

No media source currently available

0:00 0:03:32 0:00

"Ukrayna ilə xərcləyin" - onlayn platforma müharibə dövründə yerli şirkətləri tanıdır

Ukraynalılar cəbhədə döyüşməklə yanaşı, iqtisadi cəbhədə də vuruşur. Müəssisələr ayaq estə qalmağa çalışır və az da olsa yardımla uğur qazanır.

Ukraynada müharibə təkcə cəbhə bölgələrində deyil, həm də biznesin ayaqda qalmaq uğrunda mübarizə apardığı iqtisadi sahədə gedir.

Rusiya Ukraynaya müdaxilə etdikdən sonra “Spend with Ukraine” (Ukrayna ilə xərcləyin) qeyri-hökumət qrupu Ukrayna mallarını və xidmətlərini bütün dünyada tanıtmaq üçün yaradılıb. Qrupun wzvw Yaroslav Aznyuk: “Biz diqqəti fərdi istehlakçılar üçün mal və xidmətlər göstərən şirkətlərə yetiririk. Buna görə də saytımızda heç bir kənd təsərrüfatı və ya metal avadanlıqlar istehsal edən şirkətlər tapa bilməzsiniz. Lakin siz orada elektron cihazlar və ya nəqliyyat vasitələri istehsal edən şirkətlər tapacaqsınız”.

Ukraynada Amerika Ticarət Palatasının prezidenti Endi Hander deyir ki, yerli bizneslər müharibə şəraitində belə ayaqda qala biləcəklərini nümayiş etdirib. “Ukraynalılar dözümlülük nümayiş etdirdi və dünya bunu gördü. Bank sistemi fəaliyyət göstərir. İnternet müharibədən əziyyət çəkən Kyivdə bəzi dinc Avropa şəhərlərindən daha yaxşı işləyir. Mobil rabitə işləyir, lift şirkətləri işləyir...”

Hazırda qeyri-hökumət təşkilatının saytında 190-dan çox Ukrayna şirkəti təmsil olunur. “Clean My Mac” kimi texnologiya şirkətləri var.

“Təhsil” kateqoriyasında xarici dilləri öyrənməyə yardım edən Ukrayna tərtibatçılarının proqramları var. “Preply” ən populyar proqramlardan biridir. Dmitro Voloşin: “Söhbət xarici dil öyrənmək üçün platformamızdan istifadə edən yüz minlərlə tələbədən gedir.”

Digər dünyaca məşhur şirkət “Reespeacher”dir. Orada diqqət sintez edilmiş səsə yönəldilir. Aleks Serdyuk: “Biz insana fərqli bir insanın səsi ilə, tamamilə fərqli səslə danışmağa imkan verən texnologiya yaratmışıq. “Mandalorian”da biz Luk Skayvolkerin səsini nümayiş etdirdik”.

Şirkət nümayəndələri deyirlər ki, “Ukrayna ilə xərcləyin” onlara yeni müştərilər gətirir.

Oxşar effekti Ukraynanın milli geyim brendi olan “Etnodim” də müşahidə edib. Andriy Çeruxa: “Müharibə başlayandan və “Spend with Ukrayna” yaradıldıqdan sonra biz orada təmsil olunan ilk brendlər arasında idik. Veb trafikimiz kəskin şəkildə artdı, yeni müştərilərimiz əmələ gəldi”.

Ukrayna prezidenti Volodimir Zelenski “Etnodim” tərəfindən hazırlanmış köynəklərdən birini geyinib. O vaxtdan bəri tələbat o qədər artıb ki, şirkət onları kifayət qədər sürətlə istehsal edə bilmir.

Hander deyir ki, ABŞ şirkətləri Ukrayna bizneslərinə investisiya qoymağa hazır olmalıdır. “Biz deyirik ki, görün ukraynalılar nələr edir, müharibə zamanı necə möhkəmlik nümayiş etdirir. Təsəvvür edin, müharibə bitdikdən sonra ukraynalılarla iş görmək necə olardı.”

“Spend with Ukraine” Ukrayna mallarını dünyada tanıtmaq üçün daha çox beynəlxalq tərəfdaşlara qoşulmağa ümid edir.

XS
SM
MD
LG