Accessibility links

Ukraynanın Baş Prokuroru: Müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlar aparılmayacaq


Ukraynanın baş prokuroru bildirib ki, ölkə Rusiyanın Ukraynaya müdaxiləsinə son qoymaq üçün Moskva ilə danışıqları nəzərdən keçirmir.

Kyivdə BBC-yə müsahibə verən Andrey Kostin deyib ki, Moskva Ukraynadakı hərəkətlərinə görə məsuliyyət daşımalıdır.

Xüsusi beynəlxalq tribunal yaratmaq istəyən Kostin Rusiyanın aktivlərinə həbs qoyulması ilə əldə ediləcək məbləğlə təzminatların ödənilməsini istədiyini deyib.

O, bütün dünyada insanların Ukraynaya görə əziyyət çəkməsi fikri ilə razılaşmır. "Onlar raket səsləri eşitmirlər. Bombalamanın nə olduğunu bilmirlər. Onlar öldürülmək, zorlanmaq, talan edilməyin nə olduğunu bilmirlər" – deyə, o qeyd edib.

Prokuror işğaldan sonra avropalıların yemək və yanacaq üçün daha çox pul ödədiyi ilə razılaşsa da, o, ukraynalıların bunu “canları ilə ödədiklərini” bildirib.

Kostin deyib ki, işgəncələr və fərq qoyulmadan edilən qətllər, eləcə də qadınlara və uşaqlara qarşı cinsi zorakılığa dair sübutlar "demək olar ki, hər bir kənddə və hər şəhərdə" ortaya çıxır.

XS
SM
MD
LG