Accessibility links

Qətərin vasitəçiliyi ilə daha 6 uşaq Rusiyadan Ukraynaya qayıdıb


Qətərin Rusiyadakı səfiri Şeyx Əhməd bin Nasser Əl-Səni və Rusiya Uşaq Hüquqları üzrə Müvəkkilinin ofisinin nümayəndəsi Aleksey Qazaryan Moskvada Qətər səfirliyində ukraynalı uşaqlar və onların ailə üzvləri ilə görüşür, 5 dekabr 2023-cü il.
Qətərin Rusiyadakı səfiri Şeyx Əhməd bin Nasser Əl-Səni və Rusiya Uşaq Hüquqları üzrə Müvəkkilinin ofisinin nümayəndəsi Aleksey Qazaryan Moskvada Qətər səfirliyində ukraynalı uşaqlar və onların ailə üzvləri ilə görüşür, 5 dekabr 2023-cü il.

Körfəz dövlətinin rəsmilərinin çərşənbə axşamı bildirdiyinə görə, Moskvanın müdaxiləsindən sonra Rusiya tərəfindən aparılan ukraynalı uşaqlardan 6-sı Qətərin vasitəçiliyi ilə ailələrinə qovuşacaq.

Rusiya minlərlə ukraynalı uşağı ölkənin nəzarətində olan bölgələrindəki məktəblərdən, xəstəxanalardan və uşaq evlərindən zorla deportasiya etməkdə ittiham olunur.

8-lə 15 yaş arasında olan uşaqlar Dohanın vasitəçiliyi ilə Rusiya-Ukrayna razılaşması çərçivəsində Qətərin Moskvadakı səfirliyi vasitəsilə geri qaytarılan ikinci azyaşlılar qrupuna aiddir. Dörd uşaq oktyabr ayında geri qaytarılıb.

Beynəlxalq Əməkdaşlıq məsələləri üzrə nazir Lolva Əl-Xətər deyib ki, Qətər "əlavə altı ukraynalı uşağın bayram tətillərində ailələrinə qovuşmalarına yardım edib" .

"Hər iki tərəf tam əməkdaşlıq edib və bu prosesdə vicdanla iştirak edib, Qətər isə vasitəçi kimi çıxış edib" - deyə, o əlavə edib.

Son qrupdakı uşaqlar arasında olan 11 yaşlı oğlanın anası hələ də Rusiyada saxlanılan Ukrayna əsgəridir. O, xalasının himayəsinə verilib və Ukraynaya Moskvadan aparılacaq.

Digər 8 yaşlı uşaq 2022-ci ilin mart ayından Ukraynanın şərqində nənəsinin yanında idi. Qətər cütlük Moskvaya getməzdən əvvəl onun Rusiyanın işğalı altında olan Luhanskdakı anasına qovuşması üçün danışıqlar aparırdı.

Bütün ailələr uşaqları müşayiət edən Qətər diplomatları ilə birlikdə Moskva və Minsk üzərindən eyni marşrutla Kyivə gedib. Orada onlar Ukrayna rəsmiləri tərəfindən qəbul ediləcək.

Ukrayna 2022-ci ilin fevralında Moskvanın müdaxiləsindən sonra 20 minə yaxın uşağın Rusiyaya aparıldığını bildirib. Onlardan 400 nəfərə qədəri geri qaytarılıb.

Moskva minlərlə ukraynalı uşağın zorla Rusiyaya aparıldığını inkar edib, lakin valideyn himayəsindən məhrum olduqları halda onların təhlükəsizlik səbəbindən köçürüldüyünü deyib.

Xatər deyib ki, Qətərin vasitəçiliyi "Rusiya və Ukraynanın arasında etimadın yaradılması məqsədi ilə potensial əməkdaşlıq sahələrini müəyyən etmək və araşdırmaq tələblərinə cavab olaraq" başlayıb.

Forum

XS
SM
MD
LG