Accessibility links

Ukrayna ordusuna yardım edən uşaqlar


Ukraynalı uşaqlar vətənlərinə kömək etmək üçün zinət əşyaları satır
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Ukraynalı uşaqlar vətənlərinə kömək etmək üçün zinət əşyaları satır

Ukraynalılar bir çox yaradıcı yollarla ölkə üçün ianələr toplayır və hətta ən kiçiklər belə yardım edir. Kyiv vilayətindən olan uşaqlar Ukrayna silahlı qüvvələrinə vəsait toplamaq üçün evdə hazırlanmış bəzək əşyaları satır.

Altı yaşlı Matviy Qreçanov artıq Ukrayna ordusu üçün könüllü kimi iş görür. O, Kyiv vilayətinin Mila kəndindən olan dostları ilə birlikdə Ukrayna silahlı qüvvələrinə pul toplamaq üçün hazırladığı bəzək əşyalarını satır. “Biz bilərziklər toxuyuruq və Ukrayna ordusunun qələbə qazanması üçün pul yığırıq.”

Matviyin yaşı az olsa da, o, müharibənin nə olduğunu bilir. Rusiya ordusu şəhəri bombaladığı zaman o demək olar ki, bütün mart ayı anası ilə birlikdə zirzəmidə yaşayıb. Lyudmyla Qreçanova: “Biz döyüş zamanı burada idik. Çox qorxulu idi. Üzərimizdən bombalar və təyyarələr uçurdu. Biz rus tanklarının irəli-geri getdiyini görürdük”.

"Və qəlpə, elə deyilmi, ana? Qorxulu idi, amma o qədər də qorxulu deyildi. Mən zirzəmidə yatırdım. Yuxudan oyandım, səslər eşitdim, nə isə düşürdü, metal cingiltisi eşitdim” deyir, Matviy.

Doqquz yaşlı Anya Tarasyuk Matviylə birlikdə könüllü işləyir. O, Mylaya ruslar gedəndən sonra qayıdıb. Onun üçün Ukraynanın qələbəsi hər şeydən əvvəl öz evində yaşamaq deməkdir. “Mən çox şadam ki, biz silahlı qüvvələrə yardım edirik və başqa yerdə deyil, evimizdəyik. Buna görə mən xoşbəxtəm"

Anya deyir ki, uşaqların ağlına evdə hazırlanmış bilərzikləri satmaq fikri gələndə onlar çox şey gözləmirdilər. “Silahlı qüvvələr üçün bilərziklər hazırlamağa başladıq və ilk dəfə onları oraya satmağa apardıq və çoxlu qolbaq satdıq, sonra bunu dəfələrlə etdik.”

İlk həftə uşaqlar min dollara qədər pul toplayıb və o vaxtdan bəri onlar hər gün bilərzik toxuyurlar. Könüllü Valeria Fedorenko: “Bəziləri bizə 20, bəziləri isə 200 qrivna verirdi. Bunu etmək mənim üçün vacibdir, çünki əsgərlərimiz ölkəmizi qoruyur. Və bəlkə də silahlı qüvvələrə yardım etsək, kiminsə həyatını xilas edə bilərik”.

Uşaqların valideynləri toplanan bütün pulları könüllülərə verir, onlar da öz növbəsində həmin pulları birbaşa cəbhə bölgələrinə çatdırır. Mila sakini Svitlana Luhova: “Kənd şurasında etibar etdiyimiz könüllülərimiz var. Qonşularımızdan və yaxın kəndlərdən olan kişilərdən bəziləri cəbhə xəttindədir”.

Məktəblər açılsa da, uşaqlar təhsil və könüllü fəaliyyətlərini birgə etməyi planlaşdırırlar.

Kiçik yaşına baxmayaraq, o, yardım etmək üçün əlindən gələni edir.

XS
SM
MD
LG