Accessibility links

Çernihiv sakinləri yenidən hücuma məruz qala biləcəklərindən narahatdır


Çernihiv sakinləri yenidən hücuma məruz qala biləcəklərindən narahatdır
please wait

No media source currently available

0:00 0:02:57 0:00

Çernihiv sakinləri yenidən hücuma məruz qala biləcəklərindən narahatdır

Rusiyanın bir ay davam edən mühasirəsindən sonra Ukrayna ordudu şimaldakı Çernihiv şəhərini geri alıb. Lakin cümə günü şərqdəki raket hücumunun onlarla insanın ölümünə səbəb olmasından sonra sakinlər ehtiyatlı və onların yenidən hücuma məruz qala biləcəkləcəyindən narahat olduqlarını deyir.

Bu, Çernihiv şəhərinin bir aydan çoxdur Rusiyanın hücumundan saxlanan sakinlərinin ərzaq, uşaq bezi, içməli su və digər əsas ehtiyaclar üçün növbəsidir. Sakinlərin dediyinə görə, həmin müddət ərzində hər gün atışmalar, mərmilər və digər partlayışlar olub.

Şəhər əhalisinin yarısı qaçıb və döyüşə könüllü gedən yerli gənclər də daxil olmaqla, yüzlərlə insan həlak olub. Çernihiv sakini Natalya Dudenok: “Oğlumun qarnı pulemyotla parçalandı, başqa xəsarətlər də aldı, lakin döyüşə davam etdi”.

Bu xəstəxananın direktorunun dediyinə görə, işçilərinin üçdə bir hissəsi ya qaçıb, ya da itkin düşüb. O, bütün cəsədlərin sayının uzun vaxt keçəndən sonra bilinəcəyini deyir. Çernihiv Regional Xəstəxanasından Andriy Jidenko: “Bizim çox sayda dağılmış yaşayış məntəqələrimiz var və dağıntılar hələ təmizlənməyib. Həmçinin yaxınlıqdakı kəndlərdə çoxlu dağılmış evlər var və məncə, onların altında çox sayda cəsəd tapacağıq. İnsanlar öz zirzəmilərində yaşayırdı”.

Keçən həftə Kyiv vilayətinin bir neçə şəhər və kəndi də Ukrayna qüvvələri tərəfindən geri alınıb, Rusiya paytaxt Kyivi ələ keçirə bilmədikdən sonra səylərini şərqə yönəltməyi planlaşdırdığını bildirib.

Rusiya qüvvələri mülki şəxslərin edamında, zorlamalarda və talanlarda ittiham olunur. Ukrayna hökuməti iddia edilən hərbi cinayətlərin araşdırılmasını tələb edir. Rusiya mülki insanları hədəfə aldığını inkar edir və vəhşiliklərlə bağlı bütün iddiaları rədd edir.

Çernihivdəkı humanitar işçilər deyirlər ki, sağ qalanların çoxunun yaşamaq üçün heç nəyi qalmayıb. Könüllü Yevgenya Korj: “Bir gün əvvəl bir qadın gəlib dedi ki, onun böyük təsərrüfatı - 100-dən çox toyuğu, dörd donuzu və üç inəyi var idi. Rusiya qoşunları gəlib onların hamısını öldürüb və qadının heç nəyi qalmayıb. O ağlayırdı”.

Həkimlər deyirlər ki, yoxsulluq, yaralanmalar və ölümlərlə yanaşı, mühasirə əhalini bəlkə də həmişəlik travma yaşamasına səbəb olacaq. Doktor Andriy Linyuk: “Məncə, burada insanlar heç vaxt əvvəlki kimi özlərini təhlükəsiz hiss etməyəcəklər, çünki biz həmişə nəyinsə yenidən baş verəcəyini gözləyəcəyik. Bu müharibə bizi həqiqətən dəyişdi”.

Cümə günü şərqi Kramatorsk şəhərindəki dəmir yol stansiyasına raket zərbələri nəticəsində onlarla insan həlak olub.

Çernihivin yerli sakinləri zorakılıqların artmasından və yenidən hücuma məruz qala biləcəklərindən narahat olduqlarını deyirlər.

XS
SM
MD
LG