Accessibility links

Ukrayna Rusiyaya qarşı əks-hücumda irəliləyişlər əldə etdiyini bildirir


Ukrayna cümə günü Rusiya qüvvələrinə qarşı əks hücumda yeni irəliləyişlər əldə etdiyini iddia edib, Rusiyanın Xarkiv bölgəsinə təyin etdiyi administratoru Kyivin “əsaslı qələbə” əldə etdiyini etiraf edib.

Ukrayna Prezidenti Volodimir Zelenski cümə gecə xalqa müraciətində deyib ki, Ukrayna qüvvələri Xariv bölgəsində 30-dan çox qəsəbəni geri alıb.

“Biz tədricən bu qəsəbələrin nəzarətini ələ keçiririk, Ukrayna bayrağını qaytarırıq və xalqımızı qoruyuruq,” Zelenski deyib.

Bundan əvvəl isə cümə günü Rusiya dövlət televiziyası Rusiyanın Xarkivə təyin etdiyi Vitali Hanşevlə mühsaibəni yayımlayıb və o deyib ki, “Vəziyyət indi olduqca ciddidir. Bizim müdafiəmizin pozulması faktının özü artıq Ukrayna silahlı qüvvələri üçün mühüm qələbədir.”

Ukraynanın Xarkiv yaxınlığında əldə etdiyi irəliləyiş hər iki tərəf tərəfindən son aylarla elan edilən ilk irəliləyişdir və Rusiya qüvvələri mart ayında paytaxt Kyivə hücumdan geri çəkiləndən sonra müharibənin gedişayında ən böyük dəyişikliklərdən biridir.

Qərbin hərbi analitikləri deyir ki, bu irəliləyiş Ukraynanı Moskvanın Ukraynanın şərqində qüvvələrini dəstəkləmək üçün arxalandığı əsas dəmiryolunu vurmağa yaxınlaşdırıb. Bu da minlərlə Rusiya əsgərinə təchizatın kəsilməsi ilə nəticələnə bilər.

Müharibə Araşdırmaları İnstitutu bildirib ki, Ukrayna qüvvələri Kupianska, yəni Moskvanın istifadə etdiyi dəmir yolu xəttlərinin qovşağının 15 kilometr yaxınlığındadır.

Britaniya Müdafiə Nazirliyi şənbə günü Twitter-də paylaşdığı kəşfiyyat hesabatında bildirib ki, Ukraynanın Kupianskı ələ keçirməsi “Rusiyaya böyük zərbə olacaq.”

Zelenski bu həftənin əvvəlində Ukrayna əsgərlərinin Xarkivin cənubunda cəbhə xəttində yerləşən Balakliya şəhərini ələ keçirdiklərini elan etdiklərini göstərən video paylaşıb. Ukrayna ordusu rusların gözləmədiyi hücum nəticəsində həmin cəbhədə 50 kilometr irəlilədiyini bildirib.

ABŞ müdafiə naziri Lloyd Austin Praqada çexiyalı həmkarı ilə mətbuat konfransında “Biz Xersonda nailiyyətlər görürük, biz Xarkivdə bəzi irəliləyişlər görürük, və bu çox çox ümidvericidir. ”

Britaniya Müdafiə Nazirliyi kəşfiyyat hesabatında “Ukraynanın Xersonda əməliyyatları davam etdiyi bir vaxt, Rusiyanın müdafiə cəbhəsi həm şimal həm də cənub cinahda təzyiq altındadır” deyə bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG