Accessibility links

Human Rights Watch təşkilatı 2022-ci ildə dünya boyu çox sayda insan hüquqları böhranlarının yaşandığını bildirir


Human Rights Watch təşkilatı 2022-ci ildə dünya boyu çox sayda insan hüquqları böhranlarının yaşandığını bildirir
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Human Rights Watch təşkilatı 2022-ci ildə dünya boyu çox sayda insan hüquqları böhranlarının yaşandığını bildirir

Human Rights Watch təşkilatı cümə axşamı açıqladığı hesabatında bildirib ki, ötən il Ukraynadan tutmuş Çinə və Əfqanıstana qədər bütün dünyada insan haqları böhranı silsiləsi müşahidə olunub. Buna baxmayaraq, hesabat müəllifləri deyir ki, insan hüquqlarının yeni dəstəkçiləri də üzə çıxıb.

Human Rights Watch təşkilatı bildirir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra dünya ictimaiyyəti insan hüquqları sisteminin “bütöv arsenalını” işə saldığına görə təqdir olunmalıdır ki, buna Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən istintaqın aparılması daxildir.

“Biz beynəlxalq ictimaiyyət tərəfindən beynəlxalq ədalət mexanizmlərinin yaradılması, müharibə cinayətləri ilə bağlı sübutların toplanması da daxil olmaqla, əsas insan hüquqlarına dəstək ətrafında səfərbər olmaq üçün dərhal reaksiya gördük,” Human Rights Watch təşkilatının icraçı direktor vəzifəsini icra edən Tirana Həsən bildirir.

Buça və İzyum kimi şəhərlərdə işğalçı rus əsgərlərin mülki vətəndaşlara işgəncə edib, onları zorlayıb, edam etdiklərinə dair geniş sübutlar var. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası mülki vətəndaşlar arasında bir neçə yüz qətl hallarını sənədləşdirib ki, bunun da ümümi qətl hallarının kiçik bir hissəsi olduğu güman olunur.

“Bəzi hallarda rus əsgərləri mülki şəxsləri müvəqqəti saxlama yerlərində edam edib. Digərləri təhlükəsizlik yoxlamalarından sonra evlərində, həyətlərində və qapılarının önündə yerində edam edilib,” BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk deyib.

Human Rights Watch-un illik hesabatında həmçinin Çində davam edən insan hüquqları pozuntuları, o cümlədən Sincan bölgəsində milyona yaxın müsəlmanın kütləvi saxlanılması, işgəncəyə və məcburi əməyə məruz qalması qeyd olunub. Pekin ittihamları rədd edir. Hesabatda deyilir ki, BMT-nin İnsan Hüquqları Şurasının Pekinin əməllərinə daha çox nəzər yetirməsi ümidvericidir.

“Biz uzun zamandan sonra ilk dəfə avtoritar zirehdə çatlara şahid olduq,” Tirana Həsən bildirir.

İranda Məhsa Əminin əxlaq polisi tərəfindən saxlanmasından sonra ölümünün səbəb olduğu etirazlar hökumət əleyhinə ümummilli nümayişlərə çevrilib. Human Rights Watch bildirir ki, azı dörd etirazçının edamı güclü qlobal reaksiya doğurmalıdır.

“Biz etirazçılara beynəlxalq həmrəylik göstərməkdən əlavə, bütün dünyada hökumətlərin İran rəsmilərini cavabdeh tutduqlarından əmin olmalıyıq,” Tirana Həsən deyir.

Hesabatda Myanmada da artan insan hüquqları pozuntuları qeyd olunub. Müəlliflər deyir ki, Myanma rejimi ölkə boyu hərbi çevrilişin əleyhinə olan icmalara qarşı hücumlar həyata keçirir.

Human Rights Watch Efiopiyada bu yaxnlarda Afrika İttifaqının başçılığı ilə keçirilən prosesin kövrək atəşkəslə nəticələndiyini bildirir.

"Məsələn, Tiqray bölgəsində baş verən dəhşətli cinayətlərə görə cavabdehliyin olmasını təmin etmək, bu atəşkəs və bu barışığın davam etməsi üçün kritik olacaq," Həsən deyir.

Hesabatda bildirilir ki, iqlim dəyişikliyi getdikcə dünya boyu əsas hüquqlara təsir göstərir. Deyilir ki, hökumətlərin əsas hüquqların qorunması ilə uyğun gəlməyən qalıq yanacaq hasilatı kimi sənayeləri tənzimləmək üçün hüquqi və mənəvi öhdəliyi var.

XS
SM
MD
LG