Accessibility links

Raket hücumlarına baxmayaraq Voronkovlar ailəsi Donbasda kafe açıb


Raket hücumlarına baxmayaraq Voronkovlar ailəsi Donbasda kafe açıb
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Raket hücumlarına baxmayaraq Voronkovlar ailəsi Donbasda kafe açıb

Voronkovlar ailəsi Donbasda, cəbhə xəttindən 20 kilometr aralıda yaşayır. 2023-cü ilin mayında Rusiyanın raketi onların evini dağıdıb və az qala zirzəmidə gizlənən yeniyetmə oğlunu öldürüb. Ancaq bütün bunlara baxmayaraq, cütlük təslim olmayıb, əksinə biznesə başlayıb və kafe açıb.


2023-cü ilin may ayı 39 yaşlı dırnaq ustası Olena Voronkova üçün dönüş nöqtəsi oldu.

Rusiya raketi onun Donbasdakı ailəsinin yaşadığı evə düşüb. Hadisə baş verən zaman onun 14 yaşlı oğlu zirzəmidə gizlənmişdi. Kafenin sahibi Olena Voronkova: "Mən və ərim işdə idik. Amma oğlumuz evdə idi. Partlayışdan nəticəsində ev yanmağa başlayıb. Oğlumuz zirzəmiyə qaçıb. Sonradan onu Ukrayna Silahlı Qüvvələrinin əsgərləri pəncərədən çıxarıb. Evimizdəki əşyalardan yalnız onun əynindəki pijama və başmaq qalıb."

Ailənin evi tamamilə yanıb. Cütlük və oğulları dostlarının evində müvəqqəti sığınacaq tapıb və bir müddət sonra Olenanın əri Roman Voronkov əllərində qalan əmanəti biznes qurmaq üçün istifadə etməyi təklif edib.

Onlar illər idi ki, kafe açmaq arzusunda idilər və nəhayət bütün çətinliklərə baxmayaraq, payızda buna nail oldular. Olena Voronkova: "Mən çox tərəddüd edirdim və qorxurdum. Sonra düşündüm ki, bir gün qaçmalı olsaq necə olacaq? Amma həyat yoldaşım məni dəstəklədi və dedi ki, biz hələlik qalmaq qərarına gəlmişik, gəl bunu edək" .

Biznes sahibi olmaq Roman Voronkov üçün yenilik deyil. O, son beş ildir kiçik bir gözəllik salonunun sahibdir. Roman Voronkov: "Mən salonu 2018-ci ildə açmışam və hələlik oradan əldə etdiyimiz gəliri kafe üçün istifadə edirik. İndi həyat yoldaşım orada 24/7 məşğuldur və bir neçə aydan sonra bunun bizim üçün işləyib-işləmədiyini anlayacağıq”.

Ailə öz kafesində müştərilərə kofe və müxtəlif şirniyyatlar təklif edir. "Rusiyanın təcavüzündən əvvəl bir çox yerli qadın evdə şirniyyat hazırlayıb satırdı. Bu qadınların çoxu evlərində qalıb, ona görə də mən onlardan şirniyyatları alıram. Mən fabriklərdən və ya mağazalardan almıram, təklif etdiyimiz hər şey evdə hazırlanır" - deyə, Olena Voronkova bildirir.

Cütlük deyir ki, Rusiya raketləri hələ də şəhəri vurur və onlar əllərində olan hər şeyi itirə biləcəklərindən narahat olsalar da, hələlik ev adlandırdıqları şəhərdə qalmağa qərarlıdırlar.

Forum

XS
SM
MD
LG