Accessibility links

Ukrayna müharibəsində fərqli cəbhə xəttləri


Ukrayna müharibəsində fərqli cəbhə xəttləri
please wait

No media source currently available

0:00 0:03:25 0:00

Ukrayna müharibəsində fərqli cəbhə xəttləri

Dünya Baxmutda evdən-evə döyüşlərin görüntülərini izləsə də, Ukrayna müharibəsində əsasən cəbhə xəttləri fərqlidir. Xəndəklərdə və ya ağacların altında gizlənən əsgərlər əmrləri və düşmənin hücumunu gözləyir.

Əsgərlər səbrlə gözləyir, bəzən isə darıxır. Onlar radionun səsinə diqqət yetirir. Donbasın cənubundakı bu meşəlikdə ağacların örtüyü altında onlar cəmi altı kilometr aralıda cəbhə xəttində nələrin baş verdiyini bilmir. Sonra sükunət qəflətən bitir.

Onlar nəyi vurduqlarını, ya da hədəfi vurub-vurmadıqlarını bilmir. Onlar burada göstərişləri yalnız radio vasitəsilə alır. İvan: "Əmr aldıq. Hədəf var. Sadəcə bir atəş açdıq, ondan sonra güclü qar yağdığı üçün işləmək mümkün olmadı".

İvan bu artilleriya dəstəsinə rəhbərlik edir. O, vaxtının çoxunu ya bu bunkerdə, ya da Sovet dövründən qalma 2S3 Akatsiya silahının yanında keçirir. Döyüş əmri onun komandasına gündə yalnız bir neçə dəfə gəlir. Bəzən də həftədə bir neçə dəfə.

Baxmutda döyüşlərin intensivliyi Ukraynanın şimalında Donbasdan cənubda Xersona qədər təxminən 1000 kilometrlik cəbhə xətti üçün istisnadır. Burada müharibə demək olar ki, həmişə səngərlərdə və meşələrdə yorucu gözləmədir. Serhiy: "Onların orada, təpəlikdə tankları və zirehli texnikası var. Bəzən bizə atəş açır, qumbaraatanlarla vururlar."

Serhiy aprel ayından bu səngərlərdədir. Ruslarla ukraynalıların demək olar ki, hər bir təmas xəttində olduğu kimi burada da müharibə aylardır davam edir. Ukraynanın payızdakı hücumundan bəri irəliləyişlər və geri çəkilmələr nadir hallarda baş verir.

Bu səngərdə əsgərlər onları Rusiya əsgərlərindən ayıran minalanmış açıq ərazini izləyir. Ara-sıra onlar bir-birinə atəş açır. Lakin tez bir zamanda sükut geri qayıdır. Əsgərlər səngərlərdə keşik çəkmək, tarlalara nəzarət etmək və səmada pilotsuz təyyarələri axtarmaq kimi yorucu işlərinə dönür.

Saşa və Aleksey günlərini oradan çox uzaq olmayan kiçik və artıq ruhlar şəhəri olan Velika Novosilka bu evdə keçirir. Onların bu müharibənin nəyə görə aparıldığını düşünmək üçün kifayət qədər vaxtları olub. Saşa: "Müharibə təsəvvür etdiyimdən çox fərqlidir. İnsanlar sizə hər şeyi demir. Detalları gizlədir. Hətta ögey atam da mənə hər şeyi danışmadı."

Saşa və Serhiy Amerikanın Səsi ilə danışan gün uzun müddət onlara sığınacaq olan kiçik evin altında səngər qazırdılar. Onlar bunun atışma dayandığı zaman özlərini məşğul etmək üçün yaxşı bir yol olduğunu deyirlər.

XS
SM
MD
LG