Accessibility links

Ukraynadakı müharibə Avropa İttifaqının həmrəyliyini gücləndirdi. Bu, belə davam edəcəkmi?


Zöhrə səbətinə bir vaxtlar ehtiyac duymayacağını düşündüyü pulsuz çörək, meyvə və konservləşdirilmiş tərəvəz paketlərini yığır.

Digər parislilər isə "Qurtuluş Ordusu"nun Fransa paytaxtında hər həftə payladığı ərzağı almaq üçün növbələrini səbrlə gözləyirlər. Afrikadan olan iki qadın, Fransanın Antil adalarından olan orta yaşlı kişi, tələbəyə olduğu hiss olunan gənc qadın. Əksəriyyəti danışmaqdan çəkinir. Qonşu otaqdakı könüllülər xeyriyyə təşkilatının artan müştəriləri üçün ərzaq paketləri hazırlayır.

"Hər şeyin qiyməti qalxır - kirayə, işıq, qaz telefon. İnsanlar belə yaşaya bilməz" deyən Zöhrə soyadını bildirmək istəmir. O, bir neçə ay əvvəl tibb klinikasındakı işini itirib.

2023-cü ilin enerji böhranını yaşayan və qapısında onilliklər ərzində ilk dəfə müharibə ilə üzləşən Avropa İttifaqında bu cür hisslər artmaqdadır. Analitiklərin fikrincə, Rusiyanın Ukraynaya təcavüzü Avropa İttifaqının birliyi və gücünün heyrətamiz təzahürünə səbəb olubsa, Kyiv və Avropa dəyərlərinin dəstəyinin qiyməti artdıqca və qışın problemləri ilə üzləşdikcə bəziləri bunun nə qədər davam edəcəyi ilə bağlı sual verir.

“Çox dəyişiklik baş verib. Elə sahələrdə dəyişikliklər müşahidə edilir ki, Avropa İttifaqının bununla bağlı sürətli addım atması çətindir.” - deyə Almaniya Marşal Fondunun vitse-prezidenti və Siyasət İnstitutunun Brüssel ofisinin rəhbəri Yan Lesser Ukrayna münaqişəsi ilə bağlı deyib: “Bəzi sahələrdə isə reaksiya sürətli oldu və bu, çoxlarını təəccübləndirdi.”

Keçən il Avropa İtifaqı Moskvaya qarşı səkkiz sanksiya tətbiq edib, Ukraynaya milyardlarla dollarlıq hərbi və humanitar yardım ayırıb və milyonlarla ukraynalı qaçqını qəbul edib. Ukraynadakı müharibə Avropanı ucuz Rusiya enerjisindən asılılığına son qoyaraq, bloku yeni təchizatçılar və enerji mənbələr axtarmağa, soyuqlar başlamazdan əvvəl bütün vacib qaz ehtiyatlarını toplamağa sövq edib.

Bütün bunlara baxmayaraq, Ukraynadakı münaqişə ən azı qısa müddətdə Avropanın iqtisadiyyatına və enerji təhlükəsizliyinə zərbə vurub. Bəzi ölkələrin Brüsselin tullantıları azaltma məqsədləri olan kömür mədənlərini yenidən işə salması da işləri ləngidib.

Beynəlxalq Valyuta Fondu və digər ekspertlər blokun bu il tənəzzülə uğrayacağına inanır. Hökumətin vurulan zərbəni yumşaltmaq səylərinə baxmayaraq, qiymətlər və yoxsulluq artır.

Fransa İctimai Rəy İnstitutunun (IFOP) son rəy sorğularında iştirak edən fransızların yarıdan çoxu gəlirlərinin aylıq xərclərini ödəməyəcəyindən qorxduqlarınıp deyib. Dörddə bir hissəsi isə "Qurtuluş Ordusu" kimi xeyriyyə təşkilatlarının yardımıpna ehtiyac duyacaqlarına inandıqlarını bildirib.

XS
SM
MD
LG