Accessibility links

Ukrayna Avropa İttifaqından makromaliyyə yardımının ilk hissəsini alıb


Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen
Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen

Avropa Komissiyasının sədri Ursula von Der Leyen Twitter hesabında Avropa İttifaqının Ukraynaya makromaliyyə yardımı çərçivəsində ilk 500 milyon avronu Ukraynaya köçürdüyünü, daha 500 milyon avronun isə avqustun 2-də göndəriləcəyini yazıb.

"Bu bir milyard avro Ukraynaya təcili maliyyə ehtiyaclarını ödəməyə və bu mühüm dövrdə ölkəni gücləndirməyə yardım edəcək" - deyə, o qeyd edib.

Baş nazir Denis Şmıxal ilk 500 milyon avro tranşın artıq Ukrayna Milli Bankının hesabına köçürüldüyünü bildirib. Onun sözlərinə görə, bir milyard avro həcmində makromaliyyə yardımı Ukraynaya müharibənin maddi fəsadlarının aradan qaldırılmasın üçün nəzərdə tutulan ümumi məbləği 9 milyard avro olan böyük dəstək paketinin bir hissəsidir. Onun sözlərinə görə, bu pul prioritet büdcə ehtiyaclarını ödəməyə yardım edəcək.

İyunun 24-də Polşanın Baş naziri Mateuş Moravetski Avropa İttifaqının Ukraynaya 9 milyard avro maliyyə yardımı ayırdığını bildirib.

O, “Ukrayna müharibə vəziyyətindədir və bir çox dövlət xidmətlərini ödəməyə pulu yoxdur. Ona görə də biz 9 milyard avroluq yardımı təsdiqləmişik” deyib.

Bundan əvvəl Avropa İttifaqı Ukraynaya 1,2 milyard avro həcmində təcili kredit ayırmışdı.

XS
SM
MD
LG