Accessibility links

Finlandiya Ukraynaya 169 milyon dollarlıq yardım paketini açıqlayıb


Finlandiya cümə axşamı Ukraynaya üç "Leopard 2" tankının da daxil olduğu 169 milyon dollarlıq yardım paketini açıqlayıb.

Finlandiya Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, tanklar minalardan təmizlə üçün təchiz olunub və yardım paketinə onlardan istifadə və təmir təlimləri daxildir.

Bu açıqlama İspaniyanın Ukraynaya özünün altı "Leopard 2A4" tankını göndərəcəyini bildirməsindən bir gün sonraya təsadüf edib.

Almaniya istehsalı olan tanklar Rusiya qüvvələri ilə daha yaxşı uyğunlaşmaq üçün Ukrayna hökumətinin tələbi ilə bu ölkəyə göndərilən tankların bir hissəsidir.

Münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar fonunda əvvəlcə tankların Ukraynaya göndərilməsinə qarşı olan Almaniya sonradan müttəfiqlərinə tankları göndərməkdə sərbəst olduqlarını deyib.

Britaniyanın Müdafiə Nazirliyi cümə axşamı bildirdyinə görə, "2022-ci ilin sonunda və fevral ayının əvvəlindəki uğursuzluğuna baxmayaraq" Rusiya qüvvələrinin Donetsk vilayətinin Uhledar bölgəsində yeni hücuma keçməsi ehtimalı var.

Britaniya Müdafiə Nazirliyi "əməliyyata görə məsuliyyət daşıyan Rusiya qüvvələrinin komandanı əvvəlki uğursuzluqlara görə rus millətçilərinin sərt tənqidindən sonra nəticələri yaxşılaşdırmaq üçün güclü təzyiq altındadır" - deyə, bildirib.

XS
SM
MD
LG