Accessibility links

Ukrayna və Qəzza Blinkenin Fransaya səfərinin diqqət mərkəzindədir


ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı Fransanın xarici işlər və müdafiə nazirləri ilə görüşəcək. Dövlət Departamentinin bildirdiyinə görə, görüşlər zamanı Ukraynaya dəstək və Qəzzada İsrail-HƏMAS müharibəsinin genişlənməsinin qarşısının alınması məsələləri müzakirə olunacaq.

Blinkenin çərşənbə axşamı daha sonra Fransa prezidenti Emmanuel Makronla danışıqları planlaşdırılır.

ABŞ-ın yüksək səviyyəli diplomatının həmçinin YUNESKO-nun baş direktoru Odri Azule ilə danışıqlar aparmağa və ABŞ-ın BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına dəstəyini ifadə edəcəyi gözlənilir.

Birləmiş Ştatlar və Fransa Rusiyanın qonşusuna təcavüzə başlamasından sonra iki il ərzində Ukraynanın əsas dəstəkçiləri arasında olub.

Dövlət Departamenti Haitidə sabitliyin təmin edilməsi səylərinin ABŞ və Fransa rəsmilərinin görüşünün başqa bir mövzusu olacağını bildirib.

Blinken alyansın 75 illiyini qeyd etdiyi bir vaxtda NATO xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Parisdən Brüsselə gedəcək.

Brüsseldə Blinkenin ukraynalı həmkarı Dmitri Kuleba və NATO baş katibi Yens Stoltenberqlə də görüşü nəzərdə tutulub.

ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü cümə gününə planlaşdırılıb. Dövlət Departamenti görüşdə əsas diqqətin “ABŞ və Aİ-nin ticarət tərəfdaşlıqlarını şaxələndirmək və humanitar ehtiyacları ünvanlamağa çalışdığı vaxt Ermənistanın iqtisadi dayanıqlığına dəstək” məsələsinə yönələcəyini bildirib.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyan müvafiq nümayəndə heyətlərinə rəhbərlik edəcəklər.

Blinkenin Belçikaya səfəri ABŞ və Aİ arasında ticarət və texnologiya üzrə ayrı-ayrı danışıqların keçirilməsi ilə sonlanacaq.

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG