Accessibility links

Almaniya və Polşada Ukrayna hərbçilərinin "Leopard 2" təlimləri başlayıb


Rəsmilər Ukrayna ordusunun Almaniya və Polşada "Leopard 2" tankları ilə hərbi təlimlər başladığını bildirib.

Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna hərbçilərinin Almaniyadakı təlimləri əsasən Aşağı Saksoniyanın Munster şəhərindəki Tank Qoşunları məktəbində keçiriləcək. Təlimlərin Almaniyanın “Leopard 2” tanklarını Ukraynaya təhvil verəcəyi ilk rübün sonuna qədər başa çatdırdırılacağı planlaşdırılır.

Eyni zamanda Polşadada Ukrayna hərbçilərinin "Leopard 2" təlimləri başlayıb.

"Ukrayna prezidentinin xahişi ilə biz Ukrayna tankçılarının hazırlanmasına başlayırıq. Təlimdə Ukraynanı müdafiə etmək əzmində olan təcrübəli əsgərlər iştirak edir. Biz müttəfiqlik fəaliyyətimizi hərbi və humanitar yardım, eləcə də təlimlər keşirməklə yerinə yetiririk" - Polşa prezidenti Andjey Duda bildirib.

Ölkənin müdafiə naziri Mariuş Blaşçakın sözlərinə görə, polşalı mütəxəssislərlə yanaşı, Ukrayna tankçılarına Kanadadan olan mütəxəssislər də təlim keçəcək.

New York Times qəzeti xəbər verib ki, Avropada hazırda iki minə yaxın müxtəlif modifikasiyalı "Leopard" tankı var. Daha əvvəl Berlin Ukraynaya Bundesverin ehtiyatlarından A6 modifikasiyalı 14 ədəd "Leopard 2" tankı tədarük edəcəyini açıqlamışdı. Kanada hərbi yardım çərçivəsində Kyivə 4 "Leopard 2" tankı bağışlayacağını bildirmişdi ki, ilk tankı artıq göndərib. Eyni zamanda, Polşa Ukraynaya 14 ədəd "Leopard 2" tankı verməyi planlaşdırır.

XS
SM
MD
LG