Accessibility links

Müharibənin ayrı saldığı uşaqlar


Müharibənin ayrı saldığı uşaqlar
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Müharibənin ayrı saldığı uşaqlar

Müharibədən qaçaraq ailələrindən ayrı düşən bir çox ukraynalı gənc hələ də gələcəkləri ilə bağlı qeyri-müəyyənliklə yaşayır. On altı yaşlı Diana Krivorotko təhlükəsizliyini Almaniyada bir ailədə tapsa da, anasını bir daha nə vaxt görəcəyinə hələ də əmin deyil.

Babett və Tom Tervir iki oğlu və ev heyvanları ilə Düsseldorfun yaxınlığında kottecdə yaşayır. Lakin yayda cütlük Xarkivdən olan 16 yaşlı ukraynalı qaçqın Diana Krivorotkonu qəbul etdikdən sonra onların ailəsi daha da böyüdü. Babett Tervir: "Mən onun anası ilə heyvanların xilas edilməsi xidmətində görüşdüm və onun qızına nəsə ola biləcəyindən qorxduğunu hiss etdim. Ona görə də biz onu evimizə aparmağa razılaşdıq"

Diana Krivorotko: "Bu qərarı anamla birlikdə verdik. Biz uzun müddət güclü atəşə məruz qaldıq və o mənə Almaniyaya getməyi təklif etdi. Əvvəlcə getmək istəmədim. Amma sonra anladım ki, belə daha yaxşı olar".

Müharibə başlayanda Krivorotko orta məktəbdə oxuyurdu, anası isə Xarkivin Heyvanları Xilasetmə Mərkəzində işləyirdi. Müharibənin ilk günündən o, heyvanların təxliyəsinə yardım edib. "Anam fevralın 21-də Kyivə getdi, lakin müharibə başlayarsa, nə edəcəyimi dedi. 100 gündən çox ailə dostlarımızla qaldım, çətin idi" deyə, Diana Krivorotko bildirirə.

Kryvorotko anası üçün narahatdır. "Mən bunun necə olduğunu bilirəm - partlayış səslərini eşidib, yatmazdan əvvəl düşünürsən ki, səhər oyanacağam, yoxsa məni bomba öldürəcək? Yoxsa dağıntılar altında oyanacağam? Amma onun nəyə görə getmək istəmədiyini başa düşürəm. O, vətənini sevir."

Tervirlər də onun anasından narahatdır. Onlar onun Ukraynadan çıxmasını istəyir. "Ona və anasına yazığım gəlir. O, hər gün zəng edir və mən "xahiş edirəm gəlin. Siz də bizimlə qala bilərsiniz. Mən sizin təhlükəsiz olmanızı istəyirəm" deyirəm. Lakin onun üçün Xarkivdəkı insanlara və heyvanlara yardım etmək çox vacibdir".

Cütlük Diananı ukraynalı qızları adlandırırlar. Onların böyük qızı ayrı yaşayır. Babett Trevir: "Biz həqiqətən ailəyik. Biz ikinci qızımız, o isə ikinci anası olduğu üçün xoşbəxtik".

Gözəl münasibətə baxmayaraq, Krivorotko ürəyinin Ukraynada olduğunu deyir. "Burada təhsil alıb evə qayıtmağı çox istərdim. Hər halda, məqsədim sonda geri qayıtmaqdır. Mən ölkəmə yardım etmək istəyirəm".

Krivorotko hər şeyin yaxşı olacağına ümid etdiyini, lakin heç vaxt əvvəlki kimi olmayacağını bildiyini deyir.

XS
SM
MD
LG