Accessibility links

Zelenski Almaniya ilə təhlükəsizlik sazişi imzalayıb 


Prezident Volodimir Zelenski fevralın 16-da Almaniya kansleri Olaf Şoltsla ölkələri arasında əsas təhlükəsizlik sazişi imzalayıb. Bundan sonra isə Ukrayna lideri prezident Emmanuel Makronla oxşar sazişi imzalamaq üçün Fransaya səfər edir. Kyiv Ukrayna qüvvələri Rusiyanın şərqdəki Avdiyivka şəhərinə artan hücumlarının qarşısını almaq üçün mübarizə apardığı bir vaxtda ölkəsinə dəstəyi artırmağa çalışır.

Şolts birgə mətbuat konfransından əvvəl X hesabında "Prezident Zelenski ilə bu gün təhlükəsizliyimizlə bağlı uzunmüddətli öhdəliklərimizə dair saziş imzaladıq. Bu, tarixi bir addımdır. Almaniya Ukraynanı Rusiyanın işğalçı müharibəsinə qarşı dəstəkləməyə davam edəcək" yazıb. Almaniya tərəfi razılıqla bağlı təfərrüatları dərhal açıqlamayıb.

Daha əvvəl Zelenski X-də Almaniya və Fransadakı tərəfdaşları ilə iki günlük mühüm görüşlərdə iştirak edəcəyini bildirmişdi.

Fevralın 17-də Münhen Təhlükəsizlik Konfransında da çıxış edəcək Zelenski "Ukrayna üçün yeni təhlükəsizlik arxitekturası, eləcə də yeni imkanlar. Biz Ukraynanın ədalətli şərtləri ilə müharibəni mümkün qədər tez bitirmək və davamlı sülhü təmin etmək üçün bütün səyləri göstəririk" deyə, bildirib. ​

Qərb müttəfiqlərinin, xüsusən də ABŞ-ın iqtisadi və hərbi yardımından böyük dərəcədə asılı olan Ukrayna ABŞ-ın 61 milyard dollarlıq hərbi və iqtisadi yardım paketinin ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçı qanunvericilər tərəfindən saxlanıldığı bir vaxtda sursat və hərbi texnika çatışmazlığı ilə üzləşir.

Almaniya və Fransa ilə təfərrüatları gizli saxlanılan müqavilələr çox güman ki, Ukraynanın Britaniyanın baş naziri Rişi Sunakın Kyivə səfəri zamanı keçən ay imzaladığı 10 illik təhlükəsizlik sazişinə bənzəyəcək.

Forum

XS
SM
MD
LG