Accessibility links

“Navistar” adlı yük gəmisi Odessadan çıxan ikinci gəmi olacaq


Navistar

Ukrayna taxıllını daşıyan kommersiya gəmilərinin dünya bazarlarına çıxarılmasına dair BMT və Türkiyənin vasitəçiliyi ilə əldə edilmiş razılaşmanın icrasına nəzarət edən Birgə Koordinasiya Mərkəzi cümə axşamı bildirib ki, cümə günü daha üç gəminin yola düşməsi gözlənilir.

İlk “Razoni” gəmisi bazar ertəsi Odessadan yola düşüb və qarğıdalı yükü ilə Livana yollanıb.

İrlandiyaya 33 min metrik ton qarğıdalı daşıyacaq “Navistar” adlı gəmi isə Odessadan çıxan ikinci gəmi olacaq.

Ukrayna, Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının nümayəndələrindən ibarət Birgə Koordinasiya Mərkəzi həmçinin cümə günü Çernomorsk limanından iki gəminin yola salınmasına icazə verib. “Polarnet” gəmisi 12 min ton qarğıdalını Türkiyənin şimal-qərbindəki Karasuya daşıyacaq. “Rojen” isə 13 min tondan çox qarğıdalı ilə Britaniyaya yola düşəcək.

Ümumilikdə 58 min ton taxıl Ukraynanı tərk etmək üçün ticarət gəmilərində gözləyən 20 milyon ton taxılın kiçik bir hissəsidir. BMT-nin dediyinə görə, Ukrayna limanlarını tərk etməyi təxminən 28 gəmi gözləyir.

Birgə Koordinasiya Mərkəzi “Fulmar S” gəmisinin də təftişdən sonra Çernomorsk limanına daxil olması üçün hərəkətinə icazə verib. Gəmi mərkəzin İstanbul yaxınlığındakı yoxlama zonasında lövbər salıb.

Gəmilərin cümə günü səhər yola düşməsi planlaşdırılsa da, Birgə Koordinasiya Mərkəzi deyir ki, "hazırlıq, hava şəraiti və ya digər gözlənilməz hallar" gəmilərin hərəkətinə təsir edə bilər. Gəmilərin heyəti və yükləri yoxlamadan Türkiyənin sularında keçəcək.

Birgə Koordinasiya Mərkəzinin dediyinə görə, bazar ertəsi yola çıxan ilk “Razoni” gəmisinin təcrübəsinə əsaslanaraq, təhlükəsiz dəhlizinə həm çıxan, həm də girən gəmilərin hərəkətini sınaqdan keçirir.

Ukraynalılar ərazilərini Rusiyanın hücumlarından qorumaq üçün Qara dənizin özlərinə məxsus hissəsini minalayıb. BMT mütəxəssisləri bundan əvvəl taxılın hərəkətini planlaşdırarkən ərazini minalardan təmizləməməkdə qərarlı idi, belə ki, bu, üçlə beş ay arasında vaxt apara bilərdi. Əvəzində təhlükəsiz zolaqları müəyyən edilib və ticarət gəmiləri onlara ciddi şəkildə riayət etməlidir.

XS
SM
MD
LG