Accessibility links

Kyiv Rusiyanın daha bir döyüş gəmisini batırdığını bildirdiyi bir vaxtda, Ukrayna Qrupu dəstəyi müzakirə edib


Kyiv Rusiyanın daha bir döyüş gəmisini batırdığını bildirdiyi bir vaxtda, Ukrayna Qrupu dəstəyi müzakirə edib
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Rusiyanın tam-miqyaslı hərbi müdaxiləsinin ikinci ildönümü yaxınlaşdığı bir vaxtda, ABŞ müdafiə naziri Lloyd Austin çərşənbə günü Ukraynaya dəstəyi müzakirə etmək üçün müttəfiqləri ilə virtual görüş keçirib.

Ukrayna Qara dənizdə yeni bir irəliləyiş əldə etdiyini iddia edərək, Ukraynanın altı dronu ilə məhv edildiyini bildirdiyi Rusiyanın döyüş gəmisinin videosunu paylaşıb.

Rusiya dərhal şərh vemrəyib, ancaq ABŞ-ın təqaüddə olan kontr-admiralı Cozef DiQuardo Amerikanın Səsinə bildirib ki, bu, Ukraynanın Rusiyanın döyüş gəmilərindən tutmuş, təchizat xəttlərinə qədər strateji hədəflərini vurmaq üçün dronlardan istifafə etmək nümunəsinə uyğundur.

“Və bu təchizat xətləri uzandıqca kövrək olur və kövrək təchizat xətləri hücuma açıq olur. Beləliklə, çox strateji hədəfə qarşı tətbiq edilən çox ucuz sistem az sərmayə üçün maksimum effekt verə bilər,” o bildirib.

Hücum Ukraynanın bir qrup tərəfdaşı Kyivə dəstəklərindəki növbəti addımları müzakriə etmək üçün görüş keçirdiyi bir vaxta təsadüf edir.

Yenicə xəstəxandan evə buraxılan ABŞ-ın müdafiə naziri Lloyd Austin qrupa virtual olaraq ev sahibliyi edib.

“Ukrayna mövcudluğu uğrunda mübarizə apardığı bir vaxta, kənarda durmaq bir seçim deyil. Ukrayna təslim olmayacaq, biz də həmçinin,” Austin deyib.

ABŞ dekabrın sonunda maliyyə bitəndən bəri Ukraynaya yeni hərbi yardım paketi verməyib.

Senat Ukrayna üçün 60 milyard dolların daxil olduğu yeni qanun layihəsini təsdiqləyib, ancaq qanun layihəsi Respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasında müqavimətlə üzləşir.

“Hər ötən gün, hər ötən həftə, hərəkətsizliyin cəbhə xəttindəki cəsur ukraynalılar üçün bədəli artır, ona görə də biz bu qanun layihəsini təcili qəbul etməliyik,” milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan deyir.

NATO müdafiə nazirləri cümə axşamı yenidən Brüsseldə görüşüb ki, orada da diqqət mərkəzində Ukraynadakı müharibə yer alıb.

Forum

XS
SM
MD
LG