Accessibility links

Zelenski Rusiyanın Ukraynadakı hərbi cinayətlərinin mühakiməsi üçün xüsusi tribunal yaradılmasına çağırıb


Ukrayna prezidenti Volodimir Zelenski Haaqadakı Beynəlxalq Müharibə Cinayətləri Tribunalına (ICC) müraciəti zamanı Rusiyanın Ukraynadakı hərbi cinayətlərini mühakimə etmək üçün xüsusi tribunal yaradılmasına çağırıb.

Zelenski deyib ki, Beynəlxalq Müharibə Cinayətləri Tribunalının həbsinə order verdiyi Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı törətdiyi "cinayət əməllərinə" görə mühakimə olunmalıdır.

"Biz hamımız cinayət əməllərinə görə sanksiyaya layiq olan başqa Vladimiri burada, beynəlxalq hüququn paytaxtı Haaqada görmək istəyirik. Əminəm ki, biz qalib gələndə bu baş verəcək" - deyə, Zelenski bildirib.

Niderlandın ANP xəbər agentliyinin məlumatına görə, Finlandiyadan Niderlanda gedən Zelenski səfəri zamanı ölkənin baş naziri Mark Ryutte və millət vəkilləri ilə də görüşməli idi.

Ukrayna prezidentinin səfəri Rusiyanın keçən gecə Ukraynaya pilotsuz təyyarələrlə etdiyi növbəti hücumuna təsadüf edib.

Hərbçilər mayın 4-də, İran istehsalı olan "Şahid"lər tərəfindən 20-dən çox mülki şəxsin öldürülməsindən bir gün sonra ölkənin ərazisinə gələn pilotsuz təyyarələrin əksəriyyətinin Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğunu bildirib.

Hərbi Hava Qüvvələri Komandanlığı Ukrayna ərazisində Rusiyanın 24 pilotsuz uçuş aparatından 18-nin vurulduğunu, hücumların yenidən iki istiqamətdən - Rusiyanın qərbindəki Bryansk bölgəsindən şimala və Azov dənizindən cənub-şərqə doğru yönəldiyini bildirib.

Şəhər administrasiyası bildirdiyinə görə, paytaxt Kyiv son dörd gün ərzində üçüncü dəfə pilotsuz təyyarələrin hədəfinə çevrilib, lakin onların hamısı məhv edilib.

XS
SM
MD
LG